"Xankəndindən İrəvana gəldikdən sonra…" – Köçəryanla bağlı sensasiyalı iddia

"Xankəndindən İrəvana gəldikdən sonra…" – Köçəryanla bağlı sensasiyalı iddia1998-ci ilə qədər – Robert Köçəryan hakimiyyətə gələnədək Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar Azərbaycan və Ermənistan arasında aparılmırdı.

Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Ermənistanda fəaliyyət göstərən "Maarifləndirilmiş Vətəndaşlar" İttifaqı adlı QHT-nin yaydığı analitik materialda yer alıb.

"Köçəryanın ayı xidmətləri" adlı materialda həmçinin, onun hakimiyyəti ələ keçirməsinədək aparılan danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da qoşulması barədə anlaşmanın əldə edildiyinə diqqət çəkilir.

Material müəlliflərinin fikrincə, Robert Köçəryan prezident kürsüsünü zorakılıqla ələ keçirdikdən sonra münaqişənin formatı dəyişib: "Xankəndindən İrəvana gələn Robert Köçəryan prosesi tamamilə başqa istiqamətə çevirdi. Əlbəttə, onun səyləri sayəsində bu gün Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı kimi tanınır. İndi Qarabağ münaqişəsində əsas tərəf bu bölgədə yaşayan erməni icması yox, Ermənistandır".

Materialda qeyd edilir ki, Köçəryanın prezidentliyi dönəmində Ermənistan tamamilə Rusiyanın asılılığına keçib:

"Ölkənin strateji energetika obyektləri Rusiyaya verildi. 2002-ci ildə Ermənistanın Rusiyaya olan borcuna dair "Mülkiyyət anlaşması" adlı sənəd imzalandı. Həmin sənəd əsasında 98 milyon dollar borca qarşılıq Ermənistanın "Mars" fabriki, Avtomatik Nəzarət Sistemləri İnstitutu, Mergelyan İnstitutu və Xrazdan TPP Rusiyaya verildi.

2003-cü ildə isə Köçəryan ölkənin Atom Elektrik Stansiyasını Rusiyaya satdı. 2006-cı ildə Ermənistanın dövlət qaz şirkəti "ArmRosGazprom" kiçik məbləğ qarşılığında Rusiyaya verildi. Başqa sözlə, Köçəryan Ermənistanı Rusiyaya satdı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1437   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel