"Rəsmi qaydada icazə alaraq "Qarabağ" adını tuma vermişik" – Şirkət rəhbərinin oğlu

"Rəsmi qaydada icazə alaraq "Qarabağ" adını tuma vermişik" – Şirkət rəhbərinin oğluBir neçə gün bundan öncə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən Qarabağ tumları barəsində bəzi məlumatlar aşkar olub.

Sonxeber.az xəbər verir ki, tuma adın qoyulması rəsmi qaydalara əsasən həyata keçirilib. Belə ki, bu barədə bizimyol.info-ya danışan şirkət rəhbərinin oğlu Turqut (Soyadın təqdim etməkdən yayınan) qeyd edib ki, ölkədə özbaşına heç nə etmək mümkün deyil və Qarabağ adının tuma verilməsi rəsmi icazə ilə həyata keçirilib:

"Sizcə bu ölkədə qanunsuz nəsə etmək olar? Əlbəttə qanunla icazə alınıb. İcazə alınmasa biz o məhsulu satışa çıxarda bilmərik. Adın icazəsinin necə almışıq bu bizim öz işimizdir. Şirkətin rəhbəri mənim atamdır. Mən sizə şirkətin adını da deyə bilmərəm, ünvanını da, sizin də jurnalist olduğunuzu bilmirəm. Mən hardan bilə bilərəm ki?".

"Siz ünvan təqdim edin biz sizinlə canlı şəkildə müsahibə edək" deyərkən özünü itirən sahibkar oğlu bizə məlumat vermək məcburiyyətində olmadığını bildirirərək əlaqəni kəsdi.

Sosial   Baxılıb: 967   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR