Şad xəbər: Maaşlar artırılacaq

Şad xəbər: Maaşlar artırılacaqVergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı verdiyi anonslardan biri də əməkhaqları ilə bağlıdır.

M.Cabbarov qeyd edib ki, hazırlanan dəyişikliklər sırasında əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması məsələsi xüsusi yer tutur:

"Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət "kölgə iqtisadiyyatı"nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır. İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur. Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq".

Nazirin dediklərindən belə anlaşılır ki:

1. Əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti veriləcək;

2. Bu güzəşt yalnız qeyri-neft sektoruna aid ediləcək;

3. Vahid inzibatçılıq tətbiq ediləcək.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, dövlət başçısının tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması ilə bağlı islahatlar paketi hazırlanır:

"Vergilər naziri Mikayıl Cabbarov da öz çıxışında bu məsələyə toxundu. Qeyri-leqal əməkhaqları və kölgə iqtisadiyyatı ilə mübarizədə yeni yanaşmalara və təşviq mexanizmlərinə ehtiyac var. Vergi dərəcələri həm də təşviqedici olacaq. İqtisadiyyatın inkişafı üçün əhatəli uçot və haqlı rəqabət mühitinin əhatəsi genişlənəcək".

Deputat qeyd edib ki, yeni dəyişiklilər və innovativ metodlar sahibkarlığın inkişafında mühüm rol oynayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4760   Tarix: 12 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

29 mart
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart