Cinayət Məcəlləsinə dəyişilik edildi

Cinayət Məcəlləsinə dəyişilik edildiMilli Məclisin bu gün keçirilən plenar iclasında terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı mübarizənin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.

Sonxeber.az xəbər verir ki, Cinayət Məcəlləsinin 214-1 (Terrorçuluğu maliyyələşdirmə) maddəsinə dəyişiklik edilib.

Hazırda maddəyə əsasən, əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102 (Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 214 (Terrorçuluq), 214-2 (Terrorçuluğa açıq çağırışlar), 214-3 (Terrorçuluq məqsədi ilə təlim keçmə), 215 (Adamları girov götürmə), 219 (Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma), 219-1 (Dəniz quldurluğu), 226 (Radioaktiv materiallarla qanunsuz davranma), 227 (Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələb etmə), 277 (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 280 (Silahlı qiyam), 282 (Təxribatvə) 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya hə-min məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsinə görə əmlakı müsadirə olunmaqla 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə maddənin dispozisiyasına 219-2-ci (Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər) və 270-1-ci (Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsi əlavə olunur.

Bildirilib ki, layihə dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə, habelə radioaktiv materialları talamaqla və bu materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə cinayət məsuliyyəti müəyyən etmək məqsədilə hazırlanıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 966   Tarix: 12 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Avropa otelin yanında sərfəli qiymətə mənzil satılır

Çox təcili, Yasamal rayonu, Nizami metrosu tərəfdə, İzmir küçəsində, Avropa Otelin yanında, 100% yaşayışlı yeni binada, qazlı, chixarışlı (kupçalı), 1-2-yə düzəldilmiş, 70 kvadratlıq, əşya ilə birgə, 8 ilin təmiri olan, hal hazırda 700 Azn-nə icarəyə verilən, şəhərə gözəl mənzərəsi olan, məkəzi istili

12 oktyabr 2018

Sevil Əliyeva üçün özəl gün - FOTOLAR

Bu gün "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar Sevil Əliyevanın doğum günüdür. Onun 63 yaşı tamam olur.. . Ümumilli lider Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva 12 oktyabr 1955-c

12 oktyabr 2018

Bakıda iki qız oğlana görə saçyolduya çıxdılar - VİDEO

Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb.. . Sonxeber.az azxəbər.com-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb.. . Belə ki, qızlar oğlan üstündə dalaşıblar.. . Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləs

12 oktyabr 2018

Bakıda böyük təhlükə yarandı - Hacıbala Abutalıbovdan AÇIQLAMA

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır. . . . . Baş nazirin müavini Hacıbala Abutalıbov Modern.az-a faktı təsdiqləyib:. . . "Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər d

12 oktyabr 2018

Evdən qaçan 22 yaşlı müəllimə Bakıda görün haradan tapıldı

Oktyabrın 2-də Gəncədə itkin düşən 22 yaşlı müəllimə Bakıda tapılıb.. . Aparılan axtarış tədbirləri nəticəsində Gəncə şəhər Vaqif küçəsində yaşayan 1996-cı il təvəllüdlü Əsgərova Günay Zahid qızının Bakıda olduğu müəyyən edilib. Onun tapılması barədə ailəsinə məlumat verilib.. . Bildirilir ki, evdə

12 oktyabr 2018

Təyyarədə olan şəxsə zor tətbiq edəni bu cəza gözləyir

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihə müzakirəyə çıxarılıb.. . Sonxeber.az xəbər verir ki, iclasda bildirilib ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib.. . Əlavə edilə

12 oktyabr 2018

Bakıda 2 marşrut xəttində dəyişiklik edilib

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.. . Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasınd

12 oktyabr 2018

Badamdar şossesindən son MƏLUMAT - istinad divarları 1 metrə qədər aralanıb - RƏSMİ

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük sürüşmə təhlükəsi yaranıb.. . . . Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlam

12 oktyabr 2018

İnsanların vəsaitini mənimsəyən kənarda qalır, günahsız insanı həbsə salırlar - DEPUTAT

Azərbaycanda bir qrup insan bir mənzili bir neçə nəfərə satır, vətəndaşların vəsaitləri mənimsənilir. . . Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibini

12 oktyabr 2018