İş elanlarında niyə daha çox xanımlara üstünlük verilir? -ekspert səbəbləri AÇIQLADI

İş elanlarında niyə daha çox xanımlara üstünlük verilir? -ekspert səbəbləri AÇIQLADI"Xanımların çalışdıqları sahələrdə əmək haqları daha aşağıdır". Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli iş elanlarında daha çox xanımlara üstünlük verilməsinə və bəzi peşələrdə xanımların dominantlıq etməsinə münasibət bildirərkən deyib.

Müəllimə xanımların dominantlığı

Ekspert sözlərini əsaslandırmaq üçün müəllimlik peşəsini misal göstərib: "Müəllimə işləmək istəyən xanımların çoxluğunu nəzərə alsaq, repititorluq və digər fəaliyyətləri olsa da, bu peşədə çalışanların rəsmi maaşları kifayət qədər aşağıdır. Azərbaycanda müəllimlərin orta aylıq maaşı çox aşağıdır, hətta ətraf ölkələrə nisbətən aşağıdır. Buna görə də bu sahədə xanımların üstünlük təşkil etdiyini, dominant olduğunu görmək mümkündür".

Bu sahələrdə kişilərin daha az işlədiyini görürük

N. Cəfərli bəzi iş yerləri ilə bağlı elanlarda xanımlara üstünlük verilməsi məsələsinə də toxunub. O bunu yenə maaşların azlığı və görüləcək işin özünəməxsusluğu ilə əlaqələndirib: "Yəni hansısa ofisdə yazı-pozu, kompüter işlərini görmək, yaxud hansısa formada ofis xidmətlərini göstərmək, habelə xanımlar üçün maaşların kifayət qədər aşağı olması bu sahəyə kişilərin daha az cəlbolunmasına səbəb olur. Bu sahələrdə kişilərin daha az işlədiyini görürük".

Amma yenə də kişilər...

Bununla belə, onun sözlərinə görə, ümumilikdə ölkədə muzdla işləyənlərin sayında kişilər üstünlük təşkil edirlər: "Ölkədə 1 mlyon 540 minə yaxın muzdla çalışanın 70 faizə yaxını kişidir. Müxtəlif sahələrdə çalışanlar arasında xanımların üstünlük təşkil etməsi aşağı maaşla, kişilərin həmin sahələrdə işləmək istəməməsi və digər sosial səbəblərlə də bağlı ola bilər".

Kişilərin katibə işləməsi...

N. Cəfərli əslində işə götürülərkən cinsiyyətə görə seçim edilməsini düzgün hesab etmir: "Peşəkarlığa, biliyə, bacarığa üstünlük verilməsi daha doğrudur. Ancaq reallıq da bundan ibarətdir ki, müəyyən sahələrdə, məsələn, ofislərdə çoxluq təşkil edən katibə vəzifəsi üçün iş yeri elanlarına kişilərin müraciət etməsi mümkün deyil və fikrimcə, doğru da olmazdı. Burada yerli adət-ənənələri də nəzərə almaq lazımdır. Davranış qaydaları da nəzərə alınmalıdır. Bu davranış qaydalarına görə o tipli işlərə daha çox xanımlar müraciət edir və həmin işlərə xanımlar daha çox götürülür".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1827   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə - Video

Şəhid Ülfət Kərimovun 91 yaşlı anası Fatma Kərimova ilk dəfə oğlunun şəhid olduğu ərazidə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ARB-də yayımlanıb. F. Kərimovanın işğaldan azad olunandan sonra ilk dəfə Kəlbəcərə gedişi təsirli görüntülərlə yadda qalıb. Daha ətraflı videoda

16 aprel
.

"İpoteka kreditlərinin faizlərinin aşağı salınması ailələrin ev problemini həll edə bilər" - AÇIQLAMA

Bu gün ailələrin, gənclərin ən böyük problemi mənzil ala biləcək imkanlarının olmamasıdır. Bu baxımdan vətəndaşlar ya kirayə qalmaq məcbruiyyətində qalır, ya da daxili ipoteka kreditlərindən yararlanır. Vətəndaşların rəsmi ipoteka kreditlərindən yararlana bilməməsinin əsas səbəbi onların əmək haqlarını

16 aprel
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

16 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel
.

Milyarder Fərhad Əhmədovun şirkəti yenə cərimələndi

Teymur Əhmədov adına "AzNar" QSC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icr

16 aprel
.

Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib. Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib. Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalic

15 aprel
.

Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA

Bu gün Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində Qazaxın 7 kəndi və Kərkinin qaytarılması vacib məsələlərdən biridir. Bu gün hər kəsi maraqlandıran sual Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacağıdır. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildiri

16 aprel
.

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq

16 aprel
.

Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT + VİDEO

Vərəm xəstəliyindən əziyyət çəkən şəxs bir aydır ki, "Rifampicin" dərmanını tapa bilmir. Bu barədə kimliyinin bilinməsini istəməyən xəstənin yaxını "Xəzər Xəbər"ə şikayətində deyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəm xəstələri üçün nəzərdə tutulan "Rifampicin"

16 aprel