Ordumuz Qarabağa girəndə... - Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ

Ordumuz Qarabağa girəndə... - Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏRusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin "Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi" sualı qarşısında çaşıb.

Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, erməni general "Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək" deyə bildirib.

Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır: "Hərçənd, vahid qoşun qruplaşması yaradılanda bizi inandırmağa çalışırdılar ki, qruplaşmanın nizamnaməsində buraxılan boşluqlar Qarabağda müharibə zamanı Ermənistana kömək etməyə hesablanıb. Biz buna inanmırdıq, lakin indi buna tamamilə əmin olduq. Erməni general bununla bağlı suala açıq şəkildə cavab verə bilmirsə, bu, o deməkdir ki, Qarabağ müharibəsində tək qalacağıq".

Arşakyan qeyd edir ki, burada günahkar Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyidir.

"Onlar bilirdilər ki, bu qruplaşma Qarabağ müharibəsində Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması deməkdir. Lakin onlar Kremldəki sahiblərinin qarşısında razılaşdılar. Hər kəs yaxşı bilir ki, hərbi addımlar zamanı vahid qruplaşmanın komandanlığı avtomatik olaraq Rusiyaya keçir. Bu, nizamnamədə də var. Qarabağda hərbi eskalasiya zamanı isə ruslar kənarda dayanacaqlar", - deyə o bildirib.

Erməni şərhçi iddia edir ki, Rusiya Ermənistanı Qarabağı müdafiə etmək gücündən məhrum edir: "Çünki bu qruplaşma Rusiyanın İrana, Türkiyə, yaxud Gürcüstana qarşı gələcək planlarına hesablanaraq yaradılıb. Halbuki, qruplaşmanın tərkibində erməni hərbi birləşmələri var və erməni əsgərlər Qarabağ müharibəsində iştirak edə bilməyəcəklər. Bu, onu göstərir ki, Qarabağda müharibə olacaqsa, Ermənistanın döyüşmək gücü də azalır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2842   Tarix: 12 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021