"Polisləri nardaranlılar öldürməyib" FOTOLAR

"Polisləri nardaranlılar öldürməyib" FOTOLARNardaran kənd sakinləri İmam Hüseyn meydanına toplaşıblar. Onlar noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyata etiraz edirlər. Rəsmi məlumata görə, əməliyyat nəticəsində 2 polis əməkdaşı, 4 dindar ölüb, 14 nəfər həbs edilib.

Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, kəndin daxili yollarında daşlar tökülüb, nə üçün istifadə olunacağı bəlli olmasa da, kəndə maşınlarla daş gətirilir. Sakinlər bunu özlərini müdafiə üçün etdiklərini deyiblər. Onlar İmam Hüseyn meydanında ocaq qalayaraq, ətrafına toplaşıblar.
Nardaranlılar ATV, İTV kanallarının çəkilişinə mane olub, əməkdaşlarına xəsarət yetiriblər. Onların sözlərinə görə, hakimiyyət kanalları hadisə ilə bağlı doğru məlumat vermədiyindən onların çəkilişinə mane olublar. "Biz ancaq namaz qılırıq, ibadət edirik. Namaz qılmaq nə vaxtdan cinayət olub? Onlar gedib bizi başqa cür təqdim edirlər. Ona görə də çəkiliş aparmasınlar" – deyə kənd cavanları etiraz edir.
Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər: "Heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər".
Hadisə yerində olan kənd qadınları deyir ki, əməliyyatçılar Ə.Bünyatovun evində kimisə axtarıblar. Nəticədə mənzilin içərisi dağıdılıb. Divarda, pəncərə və şkafda güllə izləri var.

"Bizi vəhhabi, İŞİD-çi bilirlər, ona görə üstümüzə gəliblər. Polislər hətta qadınlara da əl qaldırdılar" – bunu kənddəki qadınlardan biri deyir.

"Belə getsə, biz qadınlar da ayağa qalxacağıq. Nardaranın kişiləri necə cəsarətlidirlərsə, qadınları da o cürdür. Bizə niyə bu cür davranırlar? Biz ibadətdən başqa nə edirik? Onlar bizim çadramızın açılmasını istəyirlər. Amma biz bunu etməyəcəyik" – kənd sakinlərindən olan başqa bir qadın deyir.
Əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiyini deyən qadınlar polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyirlər: "Bizim kənddə heç kimdə silah yoxdur. Polisləri bizimkilər öldürməyib".
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hakimiyyətin yanlış addım atdığını deyir: "Mən bilmirəm hadisə nəyə görə baş verib. Məsələnin daha dinc yolla həll olunmasını istəyirdim. Hökumət çox tələsdi, bu, naşılıqdı". Ancaq o, jurnalistlərin "hansı məsələnin dinc yolla həll olunmasını istəyirdiz" sualına cavab vermək istəməyib: "O zaman Talenin müavini həbs olunanda Sabunçu Polis İdarəsinin qarşısında narazılıq oldu. O zaman demişdik ki, bu cür davranmaq olmaz. Məsələni dinc yolla həll edək. Ancaq onlar davam etdilər və çox tələsdilər. Problem bu cür həll olunmur".

"Polisləri nardaranlılar öldürməyib" FOTOLAR"Polisləri nardaranlılar öldürməyib" FOTOLAR"Polisləri nardaranlılar öldürməyib" FOTOLAR"Polisləri nardaranlılar öldürməyib" FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 8384   Tarix: 26 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021