Feyxoanın bilmədiyimiz faydaları

Feyxoanın bilmədiyimiz faydalarıÖlkəmizin subtropik iqlimə malik cənub bölgəsində yetişən feyxoa, əsasən payız aylarından başlayaraq bazar və dükanlarımızda çox satılan meyvələrdəndir. Bu meyvəni dadına və ətrinə görə alıb, ləzzətlə yesək də, onun faydası haqqında geniş biliyə malik deyilik.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində feyxoanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, feyxoa spesifik tamı və ətri ilə fərqlənir. Bu meyvədən həm təzə halda istifadə edilir, həm də ondan bir sıra məhsullar-mürəbbə, cem, kompot, şirə və likör hazırlanır.

Meyvələrin tərkibində əsasən saxaroza və qlükoza ilə təmsil olunan şəkərlər, turşular (limon, alma və sair), dabbaq maddələri, pektin, becərilmə yerindən asılı olaraq 10 - 40- milliqram yod, eyni zamanda flavanoid, qlükozid, kumarin, hər 100 qram meyvədə 50-80 milliqram C, E, PP, B1, B2, zülal, karbohidratlar və əsasən qabıqda toplanmış müxtəlif mikroelemtlər (Cr, P1, V, Cu, Mn, Ni, S, Ti, Fe) olur. Bir meyvə təxminən 49 kilokaloridir.

Feyxoada amin turşuları azlıq təşkil edir. Onlar əsasən asparagin, arginin, qlutamin, alanin və tirozinlə təmsil olunur. Feyxoanın təzə meyvələri qalxanvarı vəz xəstəliyi (zob), podaqra və ateroskleroz zamanı faydalıdır. Bu bitkinin şirəsi isə mədə bağırsaq xəstəlikləri, qastrit, pielonefrit, ateroskleroz, zob, raxit və sinqa xəstəlikləri zamanı istifadə edilir.

Bakteriosid xüsusiyyətə malik olduğu üçün gündə 0,5-1 stəkan feyxoa şirəsi vasitəsilə qızılı stafilokoka qarşı mübarizə aparmaq olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2003   Tarix: 14 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021