28 dəfə Həccə gedən Hacı Qalibin başı dərddə – Haqqında araşdırma gedir

28 dəfə Həccə gedən Hacı Qalibin başı dərddə – Haqqında araşdırma gedirSabiq deputat Hacı Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərini yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir.

Bundan başqa sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.

Şikayətçi Seymur Quliyev deyir ki, Baş Prokurorluqda əmlakının dağıdılması ilə bağlı cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Hacı Qalib Salahzadə isə deyib ki, həmin ərazi qardaşının istifadəsində olub. Seymur Quliyev Hacı Qalibin dediklərinin növbəti uydurma olduğunu deyir. Bildirir ki, Hacı Qalib Salahzadə onun əmlakını saxta sənədlərlə qardaşının həyat yoldaşı Rəhilə Kamal qızı Salahzadənin adına keçirib. Lakin bu günə qədər Rəhilə Salahzadə istintaqda dindirilməyib.

"Biz tələb edirik ki, Rəhilə Salahzadə istintaqa çağırılsın və dindirilsin. Bilinsin ki, həmin saxta sənədlə mənim torpağım onun adına necə rəsmiləşib? Torpaq, üzərində 2 mülk, ağaclar, su quyusu, böyük hovuz necə boş bir ərazi kimi bu qadının adına keçirilib? Azərbaycan hüquqi dövlətdir və bu məsələlər araşdırılıb ortaya həqiqət çıxarılmalıdır. Qalib Salahzadə mənim torpağımla yanaşı qonşum Nurid Əliyevin torpağını da zəbt edib və onun da əmlakını darmadağın edib. Həmin əmlakı da saxta sənədlə özünün nənəsi Kübra Mirəbdül qızının adına rəsmiləşdirmişdi. Qalib Salahzadə ilə yanaşı həmin o 2 xanım qohumu da dindirilməlidir ki, həqiqət üzə çıxsın" – deyə Seymur Quliyev bildirir.

Bu qalmaqallı olay haqda "Yeni Müsavat"ın 12 mart 2018-ci il tarixli sayında http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html yazı dərc etmişdi. Seymur Quliyev bildirmişdi ki, özəl əmlakını Hacı Qalib Salahzadə hələ Milli Məclisin deputatı olduğu dövrdə zəbt edib.

Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Konstitusiyasını saymadığını ortaya qoyub.

"Bilgəhdə hamı bilir ki, ora bizim torpağımız, evimizdir. Əlimdə Azərbaycan dövlətinin verdiyi sənədlər – kupça var. Bizim həyətdə olan su quyusunun belə sənədləri var. O quyudan ətrafda yaşayanlar bizim icazəmizlə istifadə edirdilər. Qalib Salahzadə evlərimi dağıdıb, həyəti söküb, su quyusunu belə zir-zibillə doldurub. Bizim həyətimiz qayalıqda idi. Qalib Salahzadə qayaları belə darmadağın edib. Bunu Bilgəhdə hamı bilir. Qalib Salahzadə 7 ildir ki, mənim mülkümü zəbt etməklə darmadağın edib. Mən Azərbaycan dövlətini sabiq deputata qanunların gücünü göstərməyə, mənim vətəndaş olaraq pozulan mülkiyyət hüququmun bərpa edilməsinə çağırıram. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan xahiş edirəm bu işi öz nəzarətlərinə götürüb araşdırılmasını təmin etsinlər.

7 ildir ki, mən Konstitusiyamızda təsbit olunan mülkiyyət hüququmu bərpa edə bilmirəm. Hacı Qalib Salahzadə məni öz mülkümdən daşa basmaqla qovub. Əlimdə bunu təsdiq edən video da var. 3 mərtəbəli evimi buldozerin qabağına verib dağıdıb. Hazırda mənim mülkümü dayanacaq kimi istifadə edir. Orada hovuz inşa etdirmişdim, dekorativ ağaclar əkdirmişdim, 2 ev inşa etdirmişdim.

Zor gücünə torpağım zəbt olunub, əmlakım darmadağın edilib. Mən Azərbaycan dövlətindən baş verən qanunsuzluğun qarşısının alınması üçün vətəndaş olaraq dəstək, kömək istəyirəm".

Seymur Quliyev ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciəti də redaksiyamıza təqdim edəcəyini bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3383   Tarix: 14 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel