16 yaşlı 3 oğlandan DƏHŞƏTLİ ƏMƏL: eyni qıza... - Bakıdakı olayın ŞOK TƏFƏRRÜATI

16 yaşlı 3 oğlandan DƏHŞƏTLİ ƏMƏL: eyni qıza... - Bakıdakı olayın ŞOK TƏFƏRRÜATIBakıda cinayət törətməkdə təqsirli bilinən paytaxt sakini, 2000-ci il təvəllüdlü İlham Rəhimov, Zaqatala rayon sakini, 2000-ci il təvəllüdlü Mahmud Aydınov və paytaxt sakini, 2000-ci il təvəllüdlü Mübariz Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qız üstündə dava 2016-cı ilin may və sentyabr aylarında İlham Rəhimov və Fərid Ələkbərovun arasında hər ikisinin sevdiyi eyni qıza görə mübahisələri olub.

Bu səbəbdən Fərid Ələkbərov İlham Rəhimovu döyüb. İlham Rəhimov dostları Mahmud və Mübarizlə birlikdə döyülməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Fəridlə görüşmək istəyib.

Həmyaşıdlarını küçədə döydülər

Onlar 3 oktyabr 2016-cı il tarixdə, saat 19 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 56 ünvanının qarşısında Fərid Ələkbərovla görüşüblər. Bu zaman gənclərin arasında əvvəlcə mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı onlar Fərid Ələkbərovu sifətindən və bədəninin müxtəlif nahiyələrindən yumruq, təpik və daş parçası ilə bir neçə dəfə vurublar.

Çoxsaylı xəsarətlər

Daha sonra onlar Fərid Ələkbərovu yerə yıxıb, yenidən çoxsaylı zərbələr endiriblər. Baş verən döyülmə zamanı Fərid Ələkbərov çoxsaylı bədən xəsarəti alıb.

Fərid Ələkbərov vaxtında xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis cinayət törədənləri həbs edib.

İstintaq orqanı tərəfindən İlham Rəhimov, Mahmud Aydınov və Mübariz Zalova qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

"İlham isə Anastasiyanı narahat edib"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Fərid Ələkbərov bildirib ki, İlham Rəhimovu təxminən üç il əvvəl tanıyıb, onunla normal münasibətləri olub: "Sonradan Anastasiya adlı qıza görə İlhamla aramızda mübahisə baş verdi. Mənim Anastasiya ilə münasibətim olub, İlham isə Anastasiyanı narahat edib".

"Anastasiya ilə görüşüb, söhbət edə biləcəyini dedi"

Zərərçəkmişin sözlərinə görə, təxminən 2016-cı il sentyabr ayının 30-da İlham Rəhimovla zəngləşib, həmin gün saat 15-16 radələrində Nizami rayonu ərazisində, 214 nömrəli məktəbin yaxınlığında görüşüb: "Həmin yerə tək getmişdim. İlham isə oraya dostları ilə gəlmişdi. Mən İlhamdan Anastasiyanı narahat etməməyi tələb etdim. O, isə əvəzində Anastasiya ilə görüşüb, söhbət edə biləcəyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Bu zaman İlham məni vurmaq istəyəndə, mən də bir dəfə yüngülcə onun başından şillə vurdum. Dostları araya girdi, dalaşmağa qoymadılar. Sonra İlhamla barışdım və mehriban görüşərək ayrıldıq".

Anastasiyadan uzaq durmasını...

Fərid Ələkbərov qeyd edib ki, oktyabrın 2-də İlham Rəhimov ona zəng edib, görüşmək istədiyini deyib: "Buna görə də İlhamla oktyabrın 3-də, saat 18 radələrində Nərimanov rayonu ərazisində, "Metropark" ticarət mərkəzinin qarşısında görüşüb, söhbət etməyi razılaşdıq. Həmin gün, saat 18.40-da "Metropark"ın qarşısına getdim. İlham ora öz dostları Mübariz Zalov və Maqa ləqəbi ilə çağırdıqları Mahmud Aydınov ilə gəldiyini gördüm. Onlara yaxınlaşaraq, salamlaşdım. İlham söhbət etmək üçün "McDonalds"a tərəf getməyi təklif etdi, oraya gedəndə İlhamın dostu Oleq də gəldi. Birlikdə "McDonalds"a tərəf piyada getməyə başladıq. Həmin vaxt Mübariz və Mahmud da Anastasiyanı sevdiyini dedi, mənim nə üçün İlhamın Anastasiyadan uzaq durmasını tələb etdiyini soruşdu".

"Məni dəmir barmaqlıqlı qapıya tərəf itələyərək apardılar"
Fərid Ələkbərov bildirib ki, dostlarına İlham Rəhimovla bu söhbəti həll etdiyini deyib, sözügedən məsələyə onların qarışmamasını xahiş edib: "Məhəllələrin arası ilə piyada gedərkən, qəflətən Mübariz ilə Oleq qollarımı tutdular, Mahmud isə əlində böyük mişar daşı parçası üstümə hücum etdi və həmin daş parçası ilə bir dəfə alnımın sağ tərəfindən güclü zərbə ilə vurdu. Zərbədən alnımından qan gəldi. Sonra isə İlham təpiklə iki dəfə qarnımdan vurdu və məni dəmir barmaqlıqlı qapıya tərəf itələyərək apardılar. Sonra qollarımı buraxdılar və hamısı məni yumruq-təpiklə döyməyə başladı. Mahmud əlindəki daş parçası ilə bir dəfə də sifətimin sağ tərəfindən vurdu. Zərbədən sonra özümü saxlaya bilmədim və yerə yıxıldım. Yerdə uzandığım vaxt Mahmud tək özü daş parçası ilə yenə sifətimdən bir neçə dəfə vurdu. Sonra məndən əl çəkərək getdilər. Zərbədən və ağrıdan huşumu itirən kimi oldum, özümü çox pis hiss etdim. Onlar gedəndən sonra ayağa dura bilmədim. Təxminən yarım saat keçəndən sonra təcili yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə aparıldım və mənə həkimlər tibbi yardım etdilər".

Birinci instansiya məhkəməsinin hökmü
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Rəhimov 2 il 11 ay 28 gün, Mahmud Aydınov 4 il və Mübariz Zalov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini istəyiblər.

Bundan başqa, hökmdən prokurorluq da narazı qalıb. Prokuror tərəfindən verilən apelyasiya protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunub.

Həmçinin zərərçəkmiş Fərid Ələkbərovun nümayəndəsi Elxan Azadəliyev də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını, cinayət işində adı hallanan Oleq adlı şəxsin də məsuliyyətə cəlb olunmasını istəyib.

70-ci maddə tətbiq edildi, cəzalar şərti hesab edildi

Tərəflərin şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası sonda qərar elan edib.

Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yeni qərara görə, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, onların cəzaları şərti hesab edilib. Məhkəmə təqsirləndirilən şəxsləri məhkəmə zalından azadlığa buraxıb.

Azad olundular, narazılıq yenə yarandı

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini xahiş edib.

Həmçinin eyni tələblə zərərçəkmiş Fərid Ələkbərovun nümayəndəsi də kasasiya şikayəti verib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti veriblər.

Ali Məhkəmədən qərar: İşə yenidən baxılacaq

Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan iclasda məhkumların müdafiəçiləri tərəfindən verilən kasasiya şikayətləri təmin olunmayıb.

Məhkəmə zərərçəkmişin nümayəndəsinin və prokurorun protestini təmin edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Bu səbəbdən iş materialları araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bu dəfə şikayətə hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada baxılması başlanılıb.

Qeyd edək ki, cinayət hadisəsi baş verən zaman təqsirləndirilən şəxslər və zərərçəkmiş orta məktəbin 11-ci sinif şagirdi olublar./Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8701   Tarix: 13 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021