Cahangir Hacıyev yenidən Kürdəxanı təcridxanasında - 25 illik "srok"

Cahangir Hacıyev yenidən Kürdəxanı təcridxanasında - 25 illik "srok"Sabiq bankir yeni irəli sürülmüş ittihamları rədd edir; Beynəlxalq Bankın keçmiş rəhbərinə niyə "seçki saxtakarlığı" ittihamı verilib və onu hansı cəza gözləyə bilər...

Ötən həftə mediada və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu, heç şübhəsiz ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onun xanımı Zamirə Hacıyeva oldu.

Məlumdur ki, C.Hacıyev yenidən məhkəmə qarşısına çıxmağa hazırlaşır. Onun hələ 2014-cü ildən Bakıdan çıxmış xanımı isə Britaniyada dəyəri 25 milyon funt-sterlinq olan əmlakları məhkəmə tərəfindən əlindən alındıqdan sonra demək olar ki, dünya mediasının gündəmi olub. Z.Hacıyevanın kart hesablarında milyonları necə xərcləməsinə hətta aristokrat britaniyalılar da heyrət ediblər. BBC-nin məlumatına görə, Z.Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan "Harrods"da 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan "Gulfstream G550" özəl təyyarə alıb.

Əsas diqqətlər isə həm də onun həbsdəki həyat yoldaşı üzərinə cəmlənməkdədir. Çünki yaxın günlərdə onun və daha 25 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlayacaq.

Ötən həftəsonu Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan iclasda müstəntiqin Cahangir Hacıyevin barəsində həbs müddətinin uzadılması barədə təqdimatına baxılıb. Məhkəmə müstəntiqin təqdimatını təmin edib və onun həbsdə saxlanma müddətini 1 aya qədər uzadıb.

C.Hacıyev mühakimə olunması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məlumdur ki, söhbət yeni cinayət işinin istintaqından gedir və bu səbəbdən sabiq bankir cəzaçəkmə müəssisəsindən təcridxanaya köçürülməli idi. Yəni 1 aylıq həbs müddəti məhz təcridxanada qalması üçün seçilib. Xatırladaq ki, C.Hacıyev iki il əvvəl, oktyabrın 14-də 15 il azadlıqdan məhrum edilib. Onun 63 milyon manat cərimə ödəməsi ilə bağlı da qərar verilib. Düz iki il sonra isə sabiq bankir yenidən ağır cinayətlərdə suçlanır.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

C.Hacıyevin vəkili Aqil Layıc "Turan" agentliyinə bildirib ki, hazırda iş materialları ilə tanışlıq prosesi gedir. Vəkil istintaq sirrinə istinad edərək, C.Hacıyevin yeni iş üzrə hansı maddələrlə və hansı epizodlarda ittiham olunduğunu dəqiqləşdirməyib. Bununla belə, o, sabiq bankirin ittihamları təkzib etdiyini qeyd edib.

C.Hacıyevə qarşı irəli sürülmüş 308.1-ci maddəsi xüsusilə diqqət çəkib. Çünki həmin maddədə nəzərdə tutulmuş əməllər seçkinin və ya referendumun nəticələrinə təsiri nəzərdə tutur. Qeyd edək ki, bu maddə ilə MTN işinə görə tutulmuş bir neçə vəzifəli şəxsə də ittiham irəli sürülmüşdü. Məsələn, Akif Çovdarova və onunla birgə tutulan bir neçə yüksək vəzifəli şəxsə, eləcə də o zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan qurumun sabiq aparat rəhbəri Vidadi Zeynalova da qarşı bu ittiham verilmişdi. Cinayət Məcəlləsində bu maddə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Yəni C.Hacıyevin klassik seçki saxtakarlığına yaxından-uzaqdan heç bir əlaqəsi yox.

Bəs, ittihamlar sübut edilərsə, C.Hacıyevi hansı cəza gözləyə bilər? Belə güman etmək olar ki, C.Hacıyevə daha 10 il həbs cəzası kəsilə bilər ki, bu üst-üstə 25 il həbs deməkdir...

"Yeni Müsavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1385   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel