Yeni orfoqrafiya qaydaları təsdiqlənmək üçün hökumətə təqdim edildi

Yeni orfoqrafiya qaydaları təsdiqlənmək üçün hökumətə təqdim edildiAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiqlənməsi üçün Nazirlər Kabinetinə (NK) təqdim edib.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, sentyabrın ortalarında akademik Akif Əlizadənin sədrliyi ilə keçirilmiş Orfoqrafiya Komissiyasının iclasında yeniləşən orfoqrafiya qaydaları görkəmli dilçi alimlərin iştirakı ilə müzakirə edilib və bununla bağlı yekun qərar verilib:

"Artıq yeni qaydalar layihəsində tərəflər üçün mübahisəyə səbəb olan heç bir məsələ qalmadı. Bu qərar verilərkən Azərbaycan dilinin qrammatik qaydaları, azərbaycançılıq meyarları və nəhayət, ictimai rəyi nəzərə aldıq. Elə məsələlər var ki, onlar bu gün deyil, bir qədər sonrakı mərhələdə gündəmə gələ və həll oluna bilər".

İ.Həbibbəyli əlavə edib ki, yeni orfoqrafiya qaydaları layihəsi NK tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.

Xatrladaq ki, Orfoqrafiya Komissiyasının iclasında iki maddə qəbul edilməyib. Həmin maddələr bunlar olub:

- Ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi;

Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.

Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyə, maliyə və s.

- Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi.

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 489   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakının sirr dolu abidəsi olan Qız qalası necə və hansı səbəbdən tikilib? - VİDEO

Qız qalasının tikilməsi və onun tarixi haqqında bir çox əfsanələr mövcuddur. xəbər verir ki, onların bir çoxunda bildirilir ki, qala sevgi və inamın simvoludur. Ətraflı "Real" TV-nin süjetində:

15 aprel
.

İçinə mis doldurulan saxta qızıllar: Dələduzluğun qarşısı necə alınacaq? - VİDEO

Çəkisi ağır, qiyməti münasib, içi isə mislə dolu. Sosial şəbəkələrdə tərkibinə mis doldurulan qızıllar ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, zərgər Elnur Hüseynov "Xəzər Xəbər"ə açıqlama verib. O bildirib ki, son günlər qızıl alarkən vətəndaşlar fırıldağa məruz qalır. Zərgərlər deyi

16 aprel
.

Azərbaycanda maaş və pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya bazarında "Brent" markalı neftin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə 91 dolları ötüb. Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Neftin qiymətinin bahalaşması maaş və pesniyalara təsi

16 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Şəhid anası vəfat etdi

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib. Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anada

16 aprel
.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16 aprel
.

Şəxsləri intihara sövq edənləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

İntihar insanın öz iradəsi ilə həyatına qəsd etməsi kimi müəyyən edilir. İntihar çox vaxt insanın yaşadığı acizlik və psixoloji problemin nəticəsidir. Şəxsin çarəsizliyi və problemi olduğu halda buna biganə yanaşmaq geri dönməz nəticələrə səbəb ola bilər. Maliyyə problemləri və şəxslərarası münaqişələ

16 aprel
.

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-ni

16 aprel