Cahangir Hacıyevin arvadı 21 milyonu bu mağazada xərcləyib - FOTOLAR

Bu boyunbağı neçiyədir?

- 30.000 funta.

- Aha, bəs onun yanındakı?

Sualı soruşmazdan əvvəl bir anlıq məndə boyunbağının çox da baha olmayacağı hissi yaranır, ona görə də qiyməti satıcıdan soruşmaq cürətini özümdə tapıram. Eşitdiyim rəqəmin qarşısında heç də pərt olmadığımı göstərmək üçün boyunbağının yanındakı bir neçə bilərziyin qiymətini də soruşuram. Nə yaxşı ki, bu seçdiklərim, elə də baha olmur, ən azı Zamirə xanım üçün... Eləcə 5-6 min funt. Gözüm yenə 30 minlik (66 min manatlıq) boyunbağıda qalır. Elə onda boyunbağının kənarlarındakı arxa arxaya düzülmüş brilliantlara gözüm sataşır. Satıcının cavabını indi daha da yaxşı dərk edirəm.

Bura Londonun mərkəzindəki bahalı, brend markaların "göz bəbəyi" olan "Harrods" alış veriş mərkəzidir və mən də "Cartier" adlı mağazadayam. Çoxlarınız yəqin ki, Beynəlxalq Bankın prezidentinin qaçaq xanımı Zamirə Hacıyevanın "Harrods sərgüzəştləri" haqqında oxumusunuz, eşitmisiniz. Artıq bütün Britaniya mətbuatı bundan yazır.

10 il ərzində bu alış-veriş mərkəzində Zamirə Hacıyeva 16 milyon funt (21 milyon dollar) xərcləyib. Bir çoxlarınıza bu qəribə gələ bilər, hətta bəziləri "görəsən bu boyda pulu nəyə, necə xərcləyib?", deyə, fikirləşə bilər. Elə mən də, ağlımda bu sualla getmişdim "Harrods"a. Amma qiymətlərlə yaxından maraqlandıqca başa düşürəm ki, 16 milyon funt bu alış-veriş mərkəzi üçün elə də ciddi bir rəqəm deyil. Bax, elə məsəl üçün Zamirə Hacıyevanın mənim olduğum "Cartier" adlı mağazadaki xərcləmələrinə baxaq. O, burdan 100.000 funt dəyərində alış-veriş edib.

"Cartier" fransız brendidir, dünyanın ən lüks qızıl, ləl-cəvahir mağazaları arasındadır. Ən bahalı daş-qaşlar arasında 18 karatlıq ağ briliantlarla bəzədilmiş 48 min funtluq bilərzikləri göstərmək olar. Elə bir-iki bilərzik, boyunbağı almaqla 100.000 funt çox qısa zamanda bitir, yəni bu "Cartier" üçün çox da böyük məbləğ sayılmır. Düzdür, "Cartier"də 1000-2000 funt dəyərində xırda karatlı üzüklər, balaca sırğalar, bilərziklər də var, ancaq inanmıram ki, xanım Hacıyeva öz dəyərli vaxtını 100 ədəd 1000 funtluq, ya da 50 ədəd 2000 funtluq qır-qızılları seçməklə xərcləsin.

Zamirə xanım ilə bağlı çıxan xəbərlərdə adamın ən çox xətrinə dəyən məsələ isə özünə 1800 funtluq şərab bazarlığı etməsinin yazılması, bu faktın yazılacaq qədər ingilis jurnalistlərə dəyərli gəlməsi oldu. "Harrods"da elə gözucu baxdığım bir neçə şərabın qiyməti minimum 100 funtdan başlayıb, 2000-3000 funta qədər çıxır. Yəni mən əslində 1800 funtun şərab zirzəmisinin yenilənməsi üçün xərclənməsini lazımı qədər güclü rəqəm hesab etmirəm. Bəlkə də Zamirə xanım, elə bircə butulka şərab alıbmış özünə, məsələ mətbuatın böyütdüyü kimi deyilmiş. Yəni indi insanlar durub bircə butulka şərabın da hesabatını versin?

Mən yazının bu hissəsində qısa bir haşiyə verib, "Harrods" haqqında bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. İstəmirəm ki, siz gözəl Azərbaycan oxucularında belə bir fikir formalaşsın ki, "Harrods" Londonda ancaq imkanlıların getdiyi alış-veriş mərkəzidir. Bu formalaşmış fikir nəticəsində bəlkə siz Londona gedəsi olsanız, "Harrods"un çox bahalı, çox lüks olmasından çəkinib, ora getməkdən imtina edərsiniz və gözəl bir fürsəti qaçırasınız.

Heç də elə deyil, bunu bilin. Giriş mərtəbəsində, siz kosmetika mallarından, cürbəcür xoş ətirli parfumeriyadan ala bilərsiniz. Bunların qiyməti 30-100 funt arasında dəyişir və siz öz büdcənizə uyğun bazarlıq edə bilərsiniz. Harrods’un giriş mərtbəsində isə yemək, restoran, şirniyyat bölümü, ikinci mərtəbə də isə hədiyyəlik əşya bölümü var. Siz burdan Azərbaycandakı dostlarınıza 5-10 funtluq şirniyyatlardan, çaylardan, hədiyyələrdən alıb apara bilərsiniz. Əmin olun ki, o dostunuz sizə ömür boyu çox böyük hörmət göstərəcək. Axı, onlara bu hədiyyə "Harrods"dan alınıb.

Siz brend paltarlara baxıb-baxıb ah çəkməkdən yorulub, bir stəkan çay və ballı tort da yeyə bilərsiniz burdaki kafelərdən birində. Dediyim kimi, bunun üçün sizin Beynəlxalq Bankdan oğurluq etmənizə ehtiyac yoxdur. Hətta burda meyvə, tərəvəz də satılır.

Önümdəki vitrində duran portağallara baxıb fikirləşirəm: görəsən, Zamirə Hacıyeva burdan evinə bazarlıq edibmi?

"Harrods"a bir neçə addımlıq yerimə məsafəsindəki 11 milyon yarım funta aldığı evi nəzərdə tutmuram. Bakıdakı evini deyirəm. Amma heç inanmıram, Bakıda "Yaşıl bazar" dura-dura "Harrods"dan meyvə alsın.

Ümumiyyətlə isə, Buçeron adlı brend saat-parfümeriya mağazasından bir dəfəyə 150 minlik bazarlıq etmək varkən, niyə insan meyvə-tərəvəz bölümünə getsin ki...

Ancaq inanıram ki, Zamirə xanım Londonda qaldığı günlərdə Bakıdan ötrü darıxanda gedib "Harrods"dan bir-iki kilo kürü alıb yeyib. İngiltərə mediası bunu da araşdıra bilər...

Cahangir Hacıyevin arvadı 21 milyonu bu mağazada xərcləyib - FOTOLARCahangir Hacıyevin arvadı 21 milyonu bu mağazada xərcləyib - FOTOLARCahangir Hacıyevin arvadı 21 milyonu bu mağazada xərcləyib - FOTOLARCahangir Hacıyevin arvadı 21 milyonu bu mağazada xərcləyib - FOTOLARCahangir Hacıyevin arvadı 21 milyonu bu mağazada xərcləyib - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1588   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22 aprel
.

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

"Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən binanın əyilməsi ilə bağlı məlumat vermişdik. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizli

22 aprel
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib. Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.

22 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel