Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - "MedEra" Hospitalda BİABIRÇILIQ

Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - "MedEra" Hospitalda BİABIRÇILIQVətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçidir.

Sonxeber.az bildirir ki, unikal.org-a müraciət edən Cahangirova Günay Valid qızı "MedEra" Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia edir:

"Xoşqədəm xanımın verilişini hər gün izləyirəm, ona böyük hörmətim var. Onun verilişində Əliosman Qədimbəylini təriflədiklərinə görə "MedEra" Hospitalına getdim. Əliosman Qədimbəyli dedi ki, başım, belim və sinə hissəm MRT olunmalıdır. Bizi MRT olunmaq üçün başqa bir hospitala yönəltdi. Birdə Medera Hospitalinda qan analizlərini verməyimi dedi. Analizləri verdim, başım və belim MRT olundu, sinə hissə qaldı. Sonra qan analizlərinin cavabını və MRT-nin cavablarını götürüb, Əliosman həkimin yanına getdik. MRT cavablarına və qan analizlərinə baxdı və mənə belimdə 5.5 mm ölçüdə yırtıq, həmçinin fəqərədə geniş ölçülü subxondral ödəm olduğunu və bir də fəqərələrin rənginin tündləşdiyini, D vitaminin sümüyümdə 13 faiz qaldığını bildirdi. Mənə müalicə üçün sinirə qarşı dərman, ağrıkəsici iynə, D vitamini, maz, birdə bir başqa dərman yazdı. Amma dedi ki bu müalicə mənə 20, 30 faiz xeyr edəcək. Ona görə mən mütləq lazer şuasına getməliyəm. Lazerlə mənim belimdəki yırtıq əridiləcək. Bu lazerin günü 70 manat olduğunu və mənim 15 gün lazerə getməli olduğumu dedi. Mən, imkanim olmadığını bildirdim. Əliosman həkim isə bildiridi ki, o lazer mənim tez saqalmağım üçün vacibdir və bu aparatın isə yalnız "MedEra" Hospitalda var. Yazdığı dərmanları aldıb istifadə etsəm də heç bir faydası olmadı. Ağrılarım daha da artdı, vəziyyətim pisləşdi. Bildiridi ki, gedib, bu müalicələri edib, lazerə düşəndən sonra yenidən yanına gəlim. Yəni Lazer olunmamış qəbuluna düşməyim. Qan analizi 146 manat , 300 manat MRT, 50 manat Əli Osman həkimin qəbuluna yazılmağa görə hospitala ödəniş etdim. Bundan əlavə, 200 manatdan çox dərmanlara pul ödəmişəm. Həkimin, yəni Əliosman Qədimbəylinin yazdığı resept də məndədir. Sinirə qarşı 2 dərman yazıb. Onları qəbul edəndə elə bil çənəm əyilir, dilim sözü tuta bilmir qabağımda kimsə ölsə reaksiya verə bilmərəm. Elə bil narkotikadır. Sonradan bilmişəm bu dərman heç lazım deyilmiş. Əsas mənim belimdə olan iltihaba və yırtığa qarşı müalicə yazmalı idi, onu da yazmayıb. Məndə üşütmələr daha da artdı, halsızlıq, qızdırma başladı. Bundan sonra başqa həkimə getdim və mənə dedilər ki, belimdəki iltihab günü gündən daha da artır. Amma Əliosman Qədimbəyli buna heç bir reaksiya verməyib. Sonradan getdiyim həkim bildirdi ki, lazerin bu xəstəliyə heç bir əhəmiyyəti yoxdur. Həkim mənə deyir ki, mənim belimə maz çəkmək qəti şəkildə olmaz. Halbuki, Əliosman Qədimbəyli mazla hər gün iki dəfə masaj olunmağımı yazmışdı. O iki dəfə masaj olunmalar belimin ağrısını daha da şiddətləndirib. Məni düzgün müalicə etmədiyinə görə Əliosman Qədimbəylini məhkəməyə verməyə də hazırlaşam".

Məsələ ilə bağlı "MedEra Hospital"ın direktoru Lalə Babayeva ilə əlaqə saxladıq. Direktor Unikal.org-a Günay Cahangirovanın rəhbərlik etdiyi klinikaya müraciət etdiyini təsdiqləsə də, xəstənin həkimin dediklərinə əməl etmədiyini bildirib:

"Xəstəyə bel və boyunun disk sürüşməsi diaqnozu qoyulub. Əlində MRT-si var, başqa klinikada etdirib. Xəstədə esterik nevroz var. O, 12.09.2018-ci il tarixində klinikamızda olub. Laborator analiz verib və həkimin qəbulunda olub. Ondan sonra passientə terapiya məsləhət görülüb. Xəstə terapiya kurslarına gəlməyib. Nevroz xəstəliyi 3-4 günə sağalan bir şey deyil. Uzun müddət müalicə tələb edən xəstəlikdir. Amma disk sürüşməsi və boyuna görə həkim ona müalicə yazıb, lazer terapiyası məsləhət görüb. Xəstə də həkimin dediyindən imtina edib. Amma əsas o müalicəyə görə gəlməyib, bizim klinikamıza . Xəstənin müxtəlif klinikalara müraciət etməyi onun inamsızlığı ilə bağlıdır. Onun esterik nevrozla bağlı problemi var ki, o klinikaları gəzir".
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - "MedEra" Hospitalda BİABIRÇILIQXoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - "MedEra" Hospitalda BİABIRÇILIQXoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - "MedEra" Hospitalda BİABIRÇILIQXoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - "MedEra" Hospitalda BİABIRÇILIQ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7611   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021