Uşaq rus dilində bir söz bilmir, onu rus bölməsinə qoyurlar - ŞƏRH

Uşaq rus dilində bir söz bilmir, onu rus bölməsinə qoyurlar - ŞƏRHRus dilində danışan şəxsin olmadığı Azərbaycan ailəsi övladlarını rus bölməsinə verirlər. Bu, anormaldır, belə ki, ibtidai siniflərdə tədris konkret və dəqiq sxem üzrə həyata keçirilir: müəllim – şagird – valideyn.

Bu fikirləri Oxu.az-a açıqlamasında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru Telman Cəfərov deyib.

Onun sözlərinə görə, heç kim rusdilli ailənin övladlarını rus bölməsinə qoymasına qarşı çıxa bilməz.

"Üstəlik, Azərbaycan Respublikasının Konstitusiyası buna imkan verir. "Təhsil haqqında" qanunda maddə var - vətəndaşlar hər hansı təhsil mərhələsində istədikləri dildə təhsil almaq hüququna malikdirlər. Ancaq indi belə bir tendensiya var ki, hamı kor-koranə rus bölməsinə gedir. Uşaq rus dilində bir söz bilmir, bu dildən anlayışı olmayan valideynlər isə onu rus bölməsinə qoyurlar. Bu, fəlakətdir.

Bu, gələcəkdə uşağın hazırlığında da öz əksini tapacaq, həm məktəbə, həm də uşaqların özünə problem yaradacaq. Bu templə biz Bakı məktəblərində Azərbaycan bölməsindən məhrum ola bilərik. Biz uşaqların rus bölməsinə axınına hazır deyildik. 2-3 il əvvəl belə şeylər olmurdu. Bizdə ibtidai siniflərdə rus dilinin tədrisi üçün kifayət qədər müəllimlər var", - müsahibimiz bildirib.

Professorun fikrincə, rus bölməsinə qəfil sevginin səbəblərini anlamaq üçün aşağıdakı amilləri diqqətlə nəzərdən keçirmək lazımdır:

"Birincisi, əmək bazarına baxaq. Heç kimə sirr deyil ki, rus dilini bilmədən Bakıda normal iş tapmaq çətindir.

İkincisi, Bakı beynəlmiləl şəhərdir. Ölkəmizin Rusiya və MDB ölkələri ilə sıx əlaqələri var.

Üçüncüsü, belə bir fikir formalaşıb ki, rus bölməsindəki müəllimlər daha nəzakətli, hazırlıqlı və uşaqlarla münasibətdə çevikdirlər, müasir uşaqların davranışlarına və ehtiyaclarına anlayışla yanaşırlar.

Dördüncü və ən əsası – bu, resurslardır. Sirr deyil ki, rusdilli insanlar üçün təhsil və elektron resurslar daha çoxdur", - Cəfərov əlavə edib.

O bildirib ki, rus dilinin qadağasından danışmaq qəbuledilməzdir, bunun əvəzinə, "qızıl orta"nı tapmaq lazımdır.

Təhsilin yeni modeli

Müsahibimiz hesab edir ki, inkişaf etmiş ölkələrin təcrübələrinə müraciət etmək vacibdir. Finlandiya və ya Almaniyada olduğu kimi, ikidilli təhsil vermək olar. Bunun üçün yeni təhsil standarlarını, təhsilin çevik və dinamik modelini təklif etmək lazımdır. Yeni modeldə ana dili və öyrənilən dil məhdudlaşdırılmayacaq.

"Bütün hallarda həm rus, həm də Azərbaycan bölmələrində doğma dilimizi önə çəkməliyik. Və ən başlıacası, başa düşmək lazımdır ki, söhbət Azərbaycan məktəblərindəki rus bölmələrindən gedir. Əlbəttə ki, üstünlük Azərbaycan dilində təhsilə verilməlidir. Ancaq təkrar edirəm ki, Azərbaycanda rus bölməsindən tam imtinadan söhbət gedə bilməz", - ekspert qeyd edib.

Bundan öncə, Xalq yazıçısı, Yazıçılar Birliyinin (AYB) katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev Oxu.Az-a açıqlamasında bununla bağlı fikir bildirərkən deyib ki, Azərbaycanda ilkin təhsil və tədris məhz ana dilində olmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1503   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

İtkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib. "Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. O qeyd edib ki, oğlu 2014-cü i

16 aprel
.

"Telegram"da tezliklə 16 yeni funksiya olacaq

"Telegram"ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil. Durov son yeniləmə ilə birbaşa mesencerd

16 aprel
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16 aprel
.

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi il

16 aprel
.

Dilənçinin yığdığı pulların miqdarı şoka saldı: Təəccübləndirən kadrlar - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində dilənçiliklə yığdığı pulunu bütövləşdirmək istəyən kişinin görüntüləri hər kəsi təəccübləndirib. Kadrlar bu hadisəni görən sakinlərdən biri tərəfindən çəkilib. Görüntülər Sur rayonunun turistik məkanında qeydə alınıb. Kişi hər gün burada dilənir və sonra pulu kafeləri

16 aprel
.

"Taksilər ilə bağlı yeni qanun qüvvəyə minir, "Prius" markalı avtomobilərin aqibəti necə olacaq? - Açıqlama

Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək Ölkə ərazisində çox sayda "Toyota Prius" markalı avtomobillər taksi kimi fəaliyyət göstərir. "Prius" markalı avtomobillərin kütləv

16 aprel
.

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə -a FHN-i

16 aprel