Xristian dünyası şokda: min ilin qardaşlığı bitdi - TƏFƏRRÜATLAR - FOTO

Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Sinodu sensasiyalı qərar qəbul edib. Belarusun paytaxtı Minskdə toplaşan Sinod "Konstantinopol Kainat Patriarxlığının Rusiya Pravoslav Kilsəsinin kanonik ərazisinə müdaxiləsi"nə cavab verib.

Sonxeber.az Milli.Az-a istinadla bildirir ki, oktyabrın 11-də Konstantinopol Patriarxılığının Müqəddəs Sinodu Ukraynanın pravoslav kilsəsinə avtokefallıq verib.

Konstantinopol Patriarxlığı 1000 ildir ki, dünyadakı bütün pravoslavların dini və mənəvi mərkəzi sayılır, istisnasız olaraq bütün ölkələrdəki pravoslav kilsələr də məhz Türkiyənin İstanbul şəhərində yerləşən bu patriarxlığa tabedir.

Tabeçiliyin kökü Bizans imperiyasına, xristianlığın katolikliyə və pravoslavlığa, Qərbə və Şərqə bölünməsinə dayanır.

Rusiya kimi, Ukrayna da Konstantinopol Patriarxlığına tabe idi.

Lakin Krımda və Ukraynanın şərqindəki son olaylardan sonra Ukraynadakı pravoslavlar arasında parçalanmalar sürətlənib. Ukraynalıların böyük qismi pravoslav kilsələrinin 1686-cı ildən bəri Rusiyadan idarə olunmasına son qoyulmasını tələb edirdilər.

Rusiyanın Pravoslav Kilsəsi isə ukraynalıların bu istəklərini qətiyyətlə rədd edirdi. Söhbət, sadəcə, dini, mənəvi və ruhani məqamlarla bağlı deyildi.

Məsələ on milyardlarla dollarlıq varidat, əmlak və gəlirlərdən gedir.

Ukrayna prezidenti Petro Poroşenko kilsənin Rusiyadan ayrılması təşəbbüsü ilə çıxış etmiş, Ali Radada müzakirələr aparılmış, deputatların əksəriyyəti dövlət başçısını dəstəkləyərək qanun qəbul etmişdilər.

Sonucda Ukrayna istəyinə çatıb: Konstantinopol Kainat Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinin müraciətini nəzərdən keçirərək Kiyevə avtokefallıq, yəni müstəqillik verib.

Yəni bundan belə ukraynalı pravoslavlar dini və ruhani baxımdan Rusiya Pravoslav Kilsəsinə tabe deyillər - onlar birbaşa Konstantinopol Kainat Patriarxlığının Müqəddəs Sinodu qarşısında hesabat verəcəklər.

Ukraynanın Pravoslav Kilsəsi, daha doğrusu Kiyev mitropoliyası Moskva Patriarxlığına tabeçilikdən çıxıb, Kiyev patriarxı Filaretə və Ukrayna Avtokefal (müstəqil) Pravoslav Kilsəsinə Rusiya Kilsəsinin ünvanladığı anafema (lənət) da qüvvədən düşmüş sayılıb, onların kanonik statusları bərpa olunub.

Ən nəhayət, Konstantinopol Kainat Patriarxlığı Kiyevdə evropiqiyasını (rəsmi nümayəndəlik) açacaq.

Bununla bağlı olaraq Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Sinodu dünənki Minsk toplantısında 1000 ildən bəri tabe olduğu Konstantinopol Kainat Patriarxlığı ilə evxari stik təmasları dayandırdığını bəyan edib. Bu, faktiki olaraq Rusiya Pravoslav Kilsəsinin müstəqilliyini elan etməsidir.

Hazırda Ukraynada 3 pravoslav Kilsə fəaliyyət göstərir ki, onlardan yalnız mitropolit Onufrinin başçılıq etdiyi Kilsə Rusiyanın nəzarətindədir.

Kiyev patriarxı Filaret və 1917-ci ildə yaradılmış Ukrayna Avtokefal Kilsəsinin rəhbəri mitropolit Makari bu gündən etibarən Konstantinopol Kainat Patriarxılığına tabe olduqlarını bəyan ediblər.
Xristian dünyası şokda: min ilin qardaşlığı bitdi - TƏFƏRRÜATLAR - FOTOXristian dünyası şokda: min ilin qardaşlığı bitdi - TƏFƏRRÜATLAR - FOTOXristian dünyası şokda: min ilin qardaşlığı bitdi - TƏFƏRRÜATLAR - FOTOXristian dünyası şokda: min ilin qardaşlığı bitdi - TƏFƏRRÜATLAR - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1311   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Narkotik çəkib, özünü yandırdı - VİDEO

Park edilmiş avtomobilin içərisində yanmış kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. İddiaya görə içdiyi narkotik vasirıni üzərinə tökərək özünü yandırıb. Hadisədən sonra əraziyə çoxlu polis, sağlamlıq və hadisə yeri araşdırma qrupları göndərilib. Poli

22 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

Vergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO

Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il

24 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel
.

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb. Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbə

23 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Əsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə

22 aprel
.

İranda timsah hücumu ilə bağlı xəbərdarlıq edildi

Birləşmiş Ərəb Əmirlikləri və Omandan sonra İranda da fırtına baş verib. "Qafqazinfo" İran mediasına istinadən xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan, eləcə də Hörmüzqan vilayətlərində fəsadlara səbəb olub. Bildirilir ki, Sistan və Bəlucistanda sel səbəbində

22 aprel
.

Məktəbin ətrafında qadın paltarı geyinmiş kişi dolaşır, sən demə

Türkiyənin Burdur şəhərində olan məktəb ətrafında qadın geyimi ilə gəzənkişi saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, vətəndaşların şikayətindən sonra polis qruplarını hərəkətə keçirib. Budur valiliyindən verilən açıqlamada saxlanılan şəxsin psixoloji pozuntusu olduğu və xəstəxanada müalic

22 aprel