Şaqqalayıb turşuda əritdilər - Jurnalist Camalın amansız qətli - FOTO

Şaqqalayıb turşuda əritdilər - Jurnalist Camalın amansız qətli - FOTOABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyə və Səudiyyə Ərəbistanında rəsmi səfərdədir. O, məşhur səudi jurnalist Camal Haşoqqinin (Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Qaşıqçı", "Haşıqçı" kimi qələmə verilir, - red.) müəmmalı şəkildə yoxa çıxmasını araşdıracaq.

Səudiyyə Ərəbistanının hakimiyyətinə, daha doğrusu varis şahzadə Məhəmməd bin Salmana qarşı sərt tənqidi mövqeyi ilə seçilən jurnalist oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna daxil olandan sonra itkin düşüb.

Pompeo dünən Ər-Riyadda kral Salman bin Əbdel Əziz əl Səudla görüşərək danışıqlar aparıb.

Kral jurnalistin baş konsulluğun binasındakı dindirmə zamanı keçindiyini etiraf edib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurası xüsusi bəyanat yayaraq Türkiyədəki müstəntiqlərin araşdırmalarını və təhqiqatını tam dəstəklədiyini vurğulayıb.

Dünən bir qrup türk polis və müstəntiq Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında araşdırmalar aparıblar. Eyni zamanda, səudi diplomatların maşınlarına baxış keçirilib, DNT nümunələri və əl izləri götürülüb.

Camal Haşoqqinin köşə yazarı olduğu The Washington Post-un yaydığı məlumata görə, jurnalist konsulluğun binasında qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb, çantalarla çıxarılaraq hava limanına aparılıb və orada Səudiyyə Ərəbistanına məxsus təyyarəyə yüklənib.

Tanınmış türk jurnalist Kamal Öztürk bildirib ki, Haşoqqinin qətl anlarının əks olunduğu video mövcuddur.

Bundan başqa, Səudiyyə Ərəbistanından xüsusi təyyarə ilə İstanbula 15 nəfərlik "qətl dəstəsi"nin gəlişinin videosu da var. Həmin dəstə Səudiyyə Ərəbistanının kəşfiyyatının əməkdaşlarından ibarətdir.

Dəstə Haşoqqi itkin düşməzdən 3 saat əvvəl İstanbula gəlib, qətldən dərhal sonra təyyarə ilə Ər-Riyada qayıdıb. Dəstədə Səudiyyə Ərəbistanının kəşfiyyatının polkovniki Maher Mutrebin, habelə patoloqoanatomun da olduğu bildirilir.

2017-ci ildən bəri ABŞ-da yaşayan Camal Haşoqqi türk nişanlısı ilə nikahını rəsmiləşdirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanmışdı.

The New York Times bildirir ki, Camal Haşoqqi konsulluqda qətlə yetiriləndən sonra onun cəsədi mişarla doğranaraq şaqqalanıb, sonra da kimyəvi turşuda həll olunub, polietilen paketlərə yığılaraq çantalara qoyulub və təyyarəyə aparılıb.

Səudiyyə Ərəbistanı və ABŞ arasındakı münasibətlərdə prioritet silah alverdir.

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra onun ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına olmuşdu.

"Ər-Riyadda kral Salman və Donald Tramp arasında aparılmış danışıqlarda razılaşma əldə olunub. Şərtlərə görə, səudilər sürəkli olaraq ABŞ-dan silah və hərbi texnika alırlar, bunun müqabilində də Vaşinqton onlara insan haqları və demokratiya ilə bağlı mühazirələr oxumur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1515   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Arvadını dəfələrlə bıçaqlayıb, ölməsini gözlədi

Türkiyənin İstanbul şəhərində 24 yaşlı Diləm Gül Karlı boşanmaq qərarına gəldiyi əri tərəfindən küçənin ortasında bıçaqlanıb. xarici mediaya istinadən xəbər verir ki, Şübhəli ər Ferhat Karlı həyat yoldaşının ölümünü gözləyərkən saxlanılıb. Gənc qadın uzaqlaşmaq istəyərkən Ferhat Karlı yanındakı çörə

28 mart
.

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı açıqlanıb

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb. xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısın

28 mart
.

Ronaldo 2,2 milyon dollarlıq fantastik avtomobillə göründü - VİDEO

"Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldo Portuqaliyada yeni "Ferrari" avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan "Daytona SP3" sürərkən görüntülənib. "Ölkə.az" xəbər verir ki, bu maşınlardan cəmi 599 ədəd istehsal edilib. Məlumdur ki, Kriştianodan başq

28 mart
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27 mart
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

28 mart
.

Bayden Putini yenə "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb. O, çıxışında varlı vətəndaşla

27 mart
.

4 uşaq anası olan arvadını küçənin ortasında ÖLDÜRDÜ, daha sonra isə... VİDEO

Türkiyədə kişi keçmiş həyat yoldaşını küçədə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Muğla rayonunda Vedat G. adlı şəxs keçmiş həyat yoldaşını küçədə silahla vuraraq öldürüb. 4 uşaq anası olan keçmiş həyat yoldaşını öldürdükdən sonra, kişi meyitinin üstündə gözləməyə başlayıb. O

29 mart
.

Həbsdən çıxdı, evə gəlib QƏTLİAM TÖRƏTDİ

Həbsdən çıxan çəxs anasını və bacısı öldürüb intihar etdi. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Narkotik istifadəsi, qəsdən yaralama və oğurluq kimi hadisələrlə 20 cinayət işinin olduğu müəyyən edilən 35 yaşlı şəxsin həbsxanadan məzuniyyətdə buraxıldığı öyrənilib. Həmi

27 mart
.

Bu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi

Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları

28 mart