"Xırdalan şəhəri batır" - Təhlükə XƏBƏRDARLIĞI

"Xırdalan şəhəri batır" - Təhlükə XƏBƏRDARLIĞI"Xəzər dənizinin sahili, bura yaxın ərazilər üçün xüsusi layihə işləyib hazırlamışdım. Layihədə dənizə yaxın yerlərin, sahilboyu ərazilərin yalnız istirahət, çimərlik məqsədilə istifadəsi nəzərdə tutulurdu".

Bu barədə Modern.az-a Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova danışıb. Onun fikrincə, heç bir halda dənizə yaxın yerlərdə yaşayış binalarının, xüsusilə, çoxmərtəbəli tikililərin yerləşməsi məqsədəuyğun deyil:

"Dənizdən bir qədər aralı, yuxarı hissələrdə isə kiçik yaşayış yerlərinin salınması, terras evlərin tikilməsi layihəmdə qeyd olunmuşdu. Süxurların xassələrindən asılı olaraq, yuxarı hissələrdə yaşayışa icazə verilə bilər. Lakin bütün bu təkliflərimə diqqət yetirilmədi. Əvəzində çoxmərtəbəli binalar tikildi. Üstəlik, dənizə kifayət qədər yaxın, aşağı hissələrdə bu binalar ucaldıldı.

Hazırda Əhmədli ərazisində də dənizə yaxın yerlərdə sürüşmə təhlükəsi var. Hər hansı gözlənilməz hadisə baş verərsə, sürüşmə yaranarsa, Əhmədlinin dənizkənarı hissələri ciddi təhlükə ilə qarşılaşacaq.

Bundan başqa, Xırdalan ərazisi də az qala çökmə ilə üz-üzədir. Heç kimin xəbəri yoxdur ki, Xırdalanın yerləşdiyi ərazidən, torpağın alt qatlarından çoxlu çaylar axır. Xırdalan demək olar, batır. Dediyim kimi, bir fövqəladə hal, tektonik təkanlar, sürüşmələr baş verərsə, bu ərazilərdə yaşayış iflic hala düşə bilər".

Z. Budaqovanın sözlərinə görə, Azərbaycan şəhərlərindən yalnız Sumqayıt müəyyən qədər şəhərsalma qanunlarına uyğun salınıb:

"Bu şəhərdə binalar bir-birindən uzaqdır, dəniz kənarında çoxmərtəbəli binalar yoxdur. Küçələr enli, genişdir. Buna görə, Sumqayıt bünövrə baxımından daha möhkəmdir.

Azərbaycanın regionlarından Qazax zonası daha bərk süxurları olan torpaqlara malikdir. Orada monitorinq keçirmişik, divarları Qız qalasının divarlarına bənzəyən qalalar var. Həmin abidələrin bənzərləri Gürcüstanda istiqamətində də var. Tarixi çox qədim olan bu ərazilərin relyefi dözümlüdür. Çünki dənizdən kənardırlar, axan çaylar süxurların möhkəmliyinə təhlükə deyil. Qazax ərazisində vaxtilə iri bir göl olub, sonradan quruyub. Həmin yerlər yaşayış massivi salmaq üçün idealdır.

Xəzər sahilinin cənuba doğru hissələrində isə çökmələrlə bağlı ciddi problemlər yoxdur. Amma yeraltı suların qalxması təhlükəsi yaşanır. Sadəcə, hündür binalar olmadığına görə fəlakətlər yüngül müşahidə olunur. Məktəblərin, ikimərtəbəli binaların çat verməsi və s. kimi proseslər cənub rayonlarında artıb. Lənkərana yaxın regionlarda da çatvermələr, fundamentlərin dözümsüzlüyü, sürüşmələrin qalması tez-tez olur.

Qeyd etməliyəm ki, Salyan zonasında da süxurların xassəsini dəyişməsi, yeraltı suların qalxması özünü biruzə verir. Bu ərazi dənizə yaxın olmasa da sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3846   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021