Nazir Azərbaycan idmanındakı korrupsiyadan danışdı

Nazir Azərbaycan idmanındakı korrupsiyadan danışdı"Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnlistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, toplantıda müzakirə olunan məsələlərin Azərbaycana bir o qədər də aidiyyatı yoxdur: "Konfransanda idmanda insan haqlarının qorunması və korrupsiyaya qarşı mübarizə məsələlərinə baxılır. Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur. Amma biz konfrans çərçivəsində müzakirələrə qatılmağa hazırıq. Belə ki, hər bir müzakirə idmanın gələcəyinə və bu sahədəki proseslərin inkişafına böyük təkan verir".

A.Rəhimov deyib ki, Avropa Şurasının İdman Nazirlərinin idmanda korruspiya və danışılmış oyunlarla bağlı ilk konfransı 10 il bundan öncə Bakıda keçirilib: "Çox şadıq ki, Avropa Şurasının bu platforması məhz Bakıdan başlayıb. Azərbaycan Avropa Şurasının idmanla bağlı üç konvensiyasına qoşulub. Bunlardan da ən əsası EPAS-dır (Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişi). Beş ölkə arasında Azərbaycan bu sənədə qoşulan birinci ölkə olub".

Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransının açılış mərasimində Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Gürcüstanın baş naziri Mamuka Baxtadze, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və digər rəsmi şəxslər çıxış ediblər.

Toplantının yekununda Tbilisi bəyannaməsi və idman sahəsində korrupsiyaya qarşı mübarizə və idmanda insan haqlarının qorunmasına dair iki qətnamənin qəbul olunması nəzərdə tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3147   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24 mart
.

"Qarabağ"ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb. "Report"un "Sovsport"a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və "Qarabağ"a yönəltdiyini bildirib. "Hələlik diqqətimi millini

22 mart
.

Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu

26 mart
.

"Qalatasaray"ın oyunu ilə bağlı qalmaqallı görüntülər ortaya çıxdı - Video

Türkiyə Süperliqasının 26-cı turunda keçirilən "Qalatasaray" – "Antalyaspor" (2-1) matçı ilə bağlı baş tutan hakim iclasının görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə adıçəkilən matçın hakimləri Abdulkadir Bitigenle Özgür Yankayanın (VAR hakimi) səh

27 mart
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24 mart
.

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb. "Report"un məlumatına görə, yığma "FIFA series–Edition 2024" layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüy

22 mart
.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24 mart
.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20 mart
.

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. "Report" milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndin

23 mart