"Məmurlar öz işini yerinə yetirə bilmir" - Deputatlar şəhid ailələrinə dəstək oldular

"Məmurlar öz işini yerinə yetirə bilmir" - Deputatlar şəhid ailələrinə dəstək oldularMilli Məclisdə bir sıra şəhid ailələrinin müavinət ala bilməməsi məsələsi qaldırılıb.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib ki, Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün addım atdı:

"Bu, böyük qayğı idi. Müharibə aparan dövlət bu unsanların hüquqlarını qorumalıdır. Amma bir qrup insan var ki, bu hüquqdan yararlana bilmir. Həmin insanlar "Azərsığorta"ya müraciət edirlər, amma mənfi cavab alırlar: "Həmin insanlara bildirirlər ki, onlar pulu 90-cı illərdə alıblar. Amma onlar vəsaiti almadıqlarını bildirirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də bunu vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Həmin insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər, nazirlik də bildirir ki, adınız "Azərsığorta"nın təqdim etdiyi siyahıda yoxdur. Bu da yanlış bir yanaşmadır. Dövlət qurumları öz funksiyalarını yerinə yetirmirlər, vətəndaşı Milli Məclisə yönləndirirlər. Parlament öhdəsinə düşəni edib, qərar qəbul edib, ölkə Prezidenti də bu istiqamətdə addım atıb. Hansısa işinin öhdəsindən gələ bilmirsə, bunun yolunu tapmaq lazımdır".

Deputat bu prosesin sənədləşməsinin, elektron qaydada aparılmasını təklif edib.

Deputat Zahid Oruc da bu məsələni qaldırıb. O deyib ki, 4800-dən artıq şəhid ailəsi müavinət ala bilməyib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdən çox narahatdır. Məsələnin həll edilməsinə çalışırlar".

Digər deputatlar Aqil Abbas, Qənirə Paşayeva da bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıblar.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 997   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart