"Eks-müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb" - DEPUTAT

"Eks-müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb" - DEPUTAT"Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, həmin vaxt yaxşı döyüşənlər polis işçiləri idi. "Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub

Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək".

A.Abbas qeyd edib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub.

"Bu yardım təxminən 6800-ə qədər şəhid ailəsini əhatə edir. Hesab edirəm ki, könüllülərə və polis işçilərinə də müavinətin verilməsi vacibdir.

Cənab prezident tərəfindən könüllü döyüşən və polis işçilərinə də belə bir diqqət göstərilsə sevinərik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1498   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart