Azərbaycanda yumurta qıtlığı: qiymətlər bahalaşdı - YENİLƏNİB

Azərbaycanda yumurta qıtlığı: qiymətlər bahalaşdı - YENİLƏNİBBakıda yerləşən marketlərdə yumurtanın satış qiyməti bahalaşıb.

Sonxeber.az-ın məlumatına görə, alıcılar bildirirlər ki, son bir neçə gündür yumurtanın qiymətində 2 dəfəyə yaxın bahalaşma müşahidə olunur. Üstəlik marketlərdə yumurta qıtlığı yaşanır.

Belə ki, daha əvvəl 16-17 qəpiyə satılan bir ədəd yumurta hazırda marketlərdə 20-30 qəpik arasında alıcılara təklif edilir.

Məsələ ilə bağlı "Report"a açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, hazırda Azərbaycanda yumurtaya təlabat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur. Onun sözlərinə görə, tələbatın kəskin artması mövsümi xarakter daşıyır: "Bu kimi hallar ildə 2 dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır".

Sosial   Baxılıb: 4779   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR