Tovuz sakini vəfat etmiş atasını ölməyə qoymur

"Anam dedi, "o maşının üstünə hər əlimi çəkəndə, elə bilirəm, atan sağdır"

Tovuz rayon sakini, 60 yaşlı Cümşüd Əhmədov ata yadigarı olan qədim avtomobili hələ də saxlayır. O, hər gün 1960-cı il istehsalı olan "Moskviç 403" markalı maşını silib-təmizləyir, göz bəbəyi kimi qoruyur.

Sonxeber.az xəbər verir ki, C.Əhmədov onun üçün böyük anlamı olan bu maşının tarixçəsini, xatirələrini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb. Onun dediyinə görə, atası bu avtomobili alanda, o, təxminən, 10-12 yaşlarında olarmış. Atası Cəbrayıl Əhmədov isə 1983-cü ildə vəfat edib.

"Çox böyük uşaqlıq xatirələrim var bu avtomobillə bağlı. Maşın sürməyi də bununla öyrənmişəm. Ailədə 6 uşaq olmuşuq, bu maşının içində böyümüşük, bütün ailə üzvlərimiz, uşaqlar hamısı bu maşın vasitəsilə həkimə aparılıb, xeyir işləri edilib. Atam bizi bu maşının hesabına böyüdüb" — Əhmədov danışır.

Deyir ki, özünün indiyədək bir çox avtomobili olub, lakin ehtiyac olduqca onları satıb, doğmalaşmış "Moskviç"-i isə heç vaxt satmaq fikrində olmayıb. Ona görə də, imkan düşdükcə, gələcək üçün ehtiyat hissələri yığaraq saxlayıb.

Demək olar ki, "Moskviç"-in hər işini özü gördüyünü deyən Tovuz sakini hər gün iki saatdan artıq vaxtını ona qulluğa ayırır: "Silirəm, təmizliyirəm. Həssas hissələrinə baxıram, korroziya olub-olmadığını yoxlayıram. Hər hansı nasazlığı olarsa, onu düzəltməmiş qaraja salmıram".

"Ustalar çox vaxt yaxın durmur, yaxud da başı çıxmır. Ona görə hər işini özüm görürəm. Hazırda da avtomobildən mütəmadi istifadə edirəm, evin bütün ehtiyaclarının öhdəsindən onun köməkliyilə gəlirəm" — müsahibimiz bildirir.

58 ilin avtomobili olmasına baxmayaraq, C.Əhmədov "Moskviç"-lə heç bir qəza keçirməyib, hətta it-pişik belə, vurmayıb. Heç bir detalı dəyişdirilməyən "Moskviç-403"-ün indiyədək sadəcə mühərrikinin xırda hissələri yenilənib. Kiçik belə, çürüməsi olmayan avtomobil ilk və son dəfə düz 30 il bundan əvvəl rənglənib.

Cümşüd Əhmədovun qulluğu nəticəsində, ömrünün altıncı onilliyini başa vurmaqda olan avtomobil yaşından xeyli cavan görünür

Cümşüd Əhmədovun qulluğu nəticəsində, "ömrünün" altıncı onilliyini başa vurmaqda olan avtomobil yaşından xeyli "cavan" görünür
Bu avtomobil həmsöhbətimiz üçün bir maşından daha çox anlam daşıyır: "O vaxt ciddi ehtiyac yarandı, maşını satmaq istədim. Bir neçə müştəri gəlmişdi. Anam onda sağ idi, soruşdu ki, "nə məsələdir, adamlar nə üçün gəlir-gedir". Dedim, maşını istəyirlər. Dedi, "bala, mən əlimi hər dəfə bu maşının üstünə qoyanda elə bilirəm, atan sağdır, ölməyib"".

"Anamın bu sözlərindən sonra o hiss mənə də keçdi. Düşünürəm ki, bu maşın nə qədər var, atam da sağdır. Hər gün ona qulluq etdikcə, atama qulluq edən kimi hiss edirəm özümü" — C.Əhmədov vurğulayır.

O, nəvələrindən birinə atasının adını verib və həmin nəvəsi böyüdükdən sonra avtomobili ona həvalə etmək arzusundadır: "Oğul nəvəmə atamın adını qoymuşam. Baxıram, o da maşına həvəslidir. Böyüyəndən sonra maşını ona həvalə etmək istəyirəm. O da öz növbəsində həm maşını yaşatsın, həm də tarixçəni davam etdirsin".https://sputnik.az/life/20181016/417429026/vefat-etmish-atasini-olmeye-qoymur.html
Tovuz sakini vəfat etmiş atasını ölməyə qoymurTovuz sakini vəfat etmiş atasını ölməyə qoymurTovuz sakini vəfat etmiş atasını ölməyə qoymur


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6086   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021