Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏRBu gündən etibarən "Formula-1" üzrə Azərbaycan Qran-Prisi 2019 üçün bilet satışına start verilib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

O bildirib ki, ilk olaraq Azərbaycan vətəndaşları bilet ala biləcək:

"Dördüncü ilin yarış hazırlıqlarına başlayırıq. 2017-ci ildəki yarışımız ilin yarışı adlandırıldı. 2018-ci ildəki yarışımızın da bu ada layiq görüləcəyinə inanırıq. Bilet satışını 21 faiz artırmışıq. Xaricdəki bilet satışını da 30 faiz artıracağıq.

Bu gündən etibarən Azərbaycan üçün bilet satışına başlayacağıq. Buranın əhalisi üçün erkən bilet alanlar üçün nəzərdə tutulan kampaniyadan başqa, 25 faiz endirim olacaq.

İlkin endirim kampaniyası dörd gün müddəti əhatə edəcək. Bu müddətdə biletlər tribunadan asılı olaraq 190-660 AZN olacaq. Azyaşlılar üçün qiymət 130-470 AZN təşkil edəcək. Ayaqüstü zona üçün biletlərin qiyməti 80-160 AZN aralığında olacaq".

O bildirib ki, yenə Rusiyadan ən çox bilet satışına maraq göstərəcəyi gözlənilir. Daha sonra Almaniya, Hollandiya, BƏƏ, Mərkəzi Asiya ölkələrindən maraq var.

Qeyd edək ki, xarici vətəndaşlar üçün bilet satışının vaxtı daha sonra açıqlanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3459   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel