Kirayə bazarında "qiymətlər yanır" - ARAŞDIRMA

Kirayə bazarında "qiymətlər yanır" - ARAŞDIRMABu tendensiya davam etsə, Bakıdakı mənzillərin yarısı, İstanbuldakı kimi, kirayənişinlərlə dolu olacaq.

Oxu.az xəbər verir ki, kirayə qiymətlərinin artımı bu il xüsusilə nəzərəçarpan olub.

"Bahalaşmanın səbəbi, tələblər kimlərdən gəlir?", "Qarşıdakı illərdə bazarı nə gözləyir?" kimi suallara cavab tapmağa çalışacağıq.

Yenidən şəhərə!

2015-ci il devalvasiyasından sonra "şəhərdən kəndə" şüarı gündəmə gəlsə də, bu, çox uzun sürmədi. Bakıda kirayə bazarındakı artan qiymətlər yenə də kəndin şəhərə köçdüyünü göstərir. Üstəlik, turistlərin sutkalıq verilən evlərə tələbatları artdığından qiymətlər üzü yuxarı gedir.

Paytaxtın kirayə bazarında qiymətləri tələbat formalaşdırır. Qiymət artımı isə 100-150 manat civarındadır. Bəs, tələbat niyə artıb?

1. Köhnə binalar sökülür, yeniləri az tikilir;
2. İş yerləri yenə də paytaxtda cəmlənib;
3. Orta qiymət seqmentində mənzil təklifi azdır;
4. Turist axını əmlak bazarındakı vəziyyətə birbaşa təsir edir.

Hər il 60 min ailə kirayə bazarına üz tutur

Artıq iki ildir ki, inşaat sektorunun ÜDM-dəki payı 5 faizi ötmür. Halbuki, vaxtilə bu göstərici 35 faizin üstündə idi. Rəqəmlərə görə, il ərzində 20-25 min ev tikilir. Müqayisə üçün deyək ki, hər il Azərbaycanda 80 min nikah qeydə alınır.

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, potensial olaraq, hər il 60 min ailə kirayə bazarına üz tutur.

Bundan başqa, kirayə bazarının 20 faizini tələbələr təşkil edir. Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının bu bazardakı payı 10 faiz təşkil edir. Halbuki bu faiz əvvəllər 20 faizin üstündə idi.

Son illər Azərbaycanda xarici şirkətlərin sayının azalması və əmək bazarında yerli kadrların yetişməsi xarici kirayənişinləri azaltdı. Kirayə bazarında ailəsi rayonda yaşayan, özü Bakıda çalışan işçi heyətinin də çəkisi az deyil.

Əvvəllər ailəsi ilə birlikdə kirayədə yaşayan region sakini indi bir neçə iş yoldaşı ilə birlikdə kirayə qiymətini bölüşərək məskunlaşmağa çalışır. Nəticə olaraq, hazırda Bakıda birotaqlı mənzili 300 manata tapmaq müşkül məsələdir.

Yeni və köhnənin fərqi

Hazırkı iqtisadi vəziyyət yeni binada evi olanlara təmirlə bağlı problem yaradıb. Üstəlik, bu binalarda bağban, mühafizə, parkinq kimi xidmətlərin dəyərini toplasaq, elə bunların qiyməti 50 manatdan baha başa gəlir. Ona görə də kirayə mənzil axtaranların əksəriyyəti 1960-1985-ci illərin binalarına üz tuturlar.

Köhnə binalarda qiymətlər aşağıdakı kimidir:

bir otaqlı – 300-350 manat;
iki otaqlı – 350-500 manat;
üç otaqlı – 600-800 manat.

Yeni binalarda qiymət əksər hallarda 1000 manatdan başlayır. Amma bu binalara kirayənişin tapmaq çətindir. Ona görə də yeni binaların gündəlik qiymətlə kirayə verilməsi daha yaxşıdır.

Dəbdəbəli hotellərdə qalmağın nə mənası?

Kirayə bazarında yenilik olan turistlərin tələbatı qiymətlərin bahalaşmasında xüsusi rol oynayır. Bakı sakinləri İKT-nin yeniliklərindən istifadə edərək, artıq evlərini internet vasitəsilə istifadəyə verirlər.

Belə ki, evlərin kirayəsi üzrə turistlər üçün axtarış sistemlərinə də qoşulublar. Artıq "Booking" kimi saytlarda təkcə Bakıdakı deyil, turizm rayonlarındakı evlərin sutkalıq qiymətləri də yer alır.

Ramil Qasımzadənin sözlərinə görə, satışlar yaxşı gedir. Turistlər sutkalıq qiymətlərlə ev götürməkdə maraqlıdırlar.

Səbəbinə gəlincə, birincisi, hotellər turistlərin ehtiyacını tam ödəyə bilmir. Bakıdakı və regiondakı hotellərin bir sutkalıq qiyməti 100-150 manatdan yuxarıdır, hostellərin isə sayı azdır deyə tələbatı ödəmir. Digər tərəfdən, turistlərin çoxu qısa müddət üçün gəlir və onların əsas məqsədi paytaxtı gəzib-dolaşmaqdır. Ona görə də dəbdəbəli hotellərdə qalmağın heç bir mənası yoxdur. Amma belə templə davam etsə, kirayə evlərin sutkalıq qiymətləri hotellərin qiymətinə çatacaq.

"İndi Bakıda şəhərin mərkəzinə yaxın evləri sutkalıq 60 manatdan ucuz tapmazsınız, halbuki əvvəllər 30 manat idi", - deyə R.Qasımzadə vurğulayıb.

P.S. Beləliklə, Bakının meqapolisə çevrilməsi davam edir, paytaxtın əmlak bazarındakı iki il əvvəlki qiymət düşməsi yenidən bahalaşma ilə əvəzlənir, xüsusən də qarşıdakı illərdə kirayə bazarıтdakı qiymətlərin qalxması proqnozu özünü doğrultmağa başlayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1457   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

23 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel