Bakıda taksi sürücüsünün maşınını "moyka"da oğurladılar: indi də cərimə tələb edirlər

Bakıda taksi sürücüsünün maşınını "moyka"da oğurladılar: indi də cərimə tələb edirlər"Mən "moyka"nın işçisinə maşını yuması üçün açarı vermişəm, sürməsi üçün yox"
Sonxeber.az xəbər verir ki, Rəşad Əlizadə adlı vətəndaş Avtosfer.az-a şikayət məktubu göndərərək üzləşdiyi problemi diqqətə çatdırıb. Bildirib ki, oktyabr ayının 5-i axşam saat 20-21 radələrində məhəllədə 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını həmişə olduğu kimi, içini-üstünü təmizləməyə verib.

"Hər gün olduğu kimi gecələr taksi fəaliyyəti ilə məşqul olmaq üçün işə çıxmağa hazırlaşırdım. 99-AV-981 dövlət nömrə nişanlı avtomobili "moyka"ya qoyub evə qalxdım və 2 saat sonra aşağı düşdüm ki, maşınımı götürüb işə çıxım. "Moyka"da maşınımı görməyəndən sonra təlaşnandım. Maşını yumaq üçün açar verdiyim Ceyhuna zəng etdim və telefonda onu danladım ki, mənim icazəm olmadan nə üçün maşınımı götürüb gedmisən. O, qayınatasıgilə təcili getməsi lazım olduğunu söylədi və dedi ki, indi yoldayam qayıdıram. Yerini soruşdum bildirdi ki, "Vorovskiy" adlanan yerdəyəm, 5 dəqiqəyə çatıram. 15 dəqiqə sonra zəng etdim nömrəsinə zəng çatmadı.

Yarım saat keçdikdən sonra məcbur olub 102-ə zəng edib bu haqda məlumat verdim. Bir az sonra Ceyhun özü maşınsız olaraq gəldi. Maşının harda olduğunu soruşdum bu əsəbi halda mənə "özüvü cırma, maşını birazdan verəcəm sənə" deyib "moyka"nın şüşələrini qırmağa başladı. Mən onun içkili olduğunu nəzərə alıb kənara çəkildim ki, polisinin gəlməsini gözləyim.

Polis gəldikdən sonra onu və məni polis maşınına mindirdilər və 5-6 cərimə meydançalarını gəzdikdən sonra "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən "SİQNAL" İdarəsinin cərimə meydançasında öz maşınımı tapdıq. Maşına baxış keçirdikdən sonra 7-ci polis bölməsinə gedib orada ərizə və şikayətimi yazdım. Təhqiqatçı heç cür icazə vermədi mənə "cavan oğlansan işverenlik sənə yaraşmaz" dedi və olduğu kimi şikayətimi yazımama izn vermədi. Məcbur olub onun dediklərini yazıb bitirdim. Maşını oğurlanan və zərərçəkən mən, amma günahkar kimi mənimlə davranıldı. Hadisə 5-ci gün gecə olduğundan, 6-cı gün iş günü olmadığı üçün polis məni dəvət etmədi.

Moykanın sahibi, Rizvan adlı şəxs mənə zəng edib mənimlə görüşməyi xahiş etdi və mən də gedib görüşdüm. Xahiş etdi ki, ərizəmi geri götürüm. Mən bildiridim ki, heç kimlə düşmənçiliyim yoxdur. Maşınımı mənə verin və şikayətimi uzadacaq deyiləm. Bugün artıq neçənci gündür ki, maşınsızam və həftənin birinci günü polis bölməsinin təhqiqatçısı Eldar adında şəxs məni bölməyə çağırıb dedi ki, sənin sənədlərini göndərirəm Dövlət Yol Polisi İdarəsinə, bu işdə oğurluq faktı olmadığı üçün sənin də günahın var. çünki maşını sən ona könüllü olaraq vermisən və sən də cərimə ödəyib maşınını götürə bilərsən. Aidiyyatı orqanlardan xahiş edirəm ki, insafla yanaşıb vicdanla məsələyə qiymət versinlər.

Əgər mənim günahım maşının açarını moykanın işçisinə verməkdədirsə, hər birimiz bu günahı edirik. Çünki, maşının yuyulması üçün açar vermək vacibdir. Açar verməkdə səbəb odur ki, maşını birinci "boksa" salıb orda naporlayıb yuyurlar və sonra da bayıra çıxardıb qurulayırlar. Moyka rəsmi qeydiyatdan keçdiyi üçün maşını müştəri verdikdən və təhvil alana qədər məsuliyyəti öz üzərinə götürməlidir.

Əgər heç bir məsuliyyət daşımırsa deməli bu tip "moyka"ların işlədilməsinə icazə verilməməlidir. Mən "moyka"nın işçisinə maşını yuması üçün açarı vermişəm sürməsi üçün yox. Xahiş edirəm mənə qarşı yaranan bu haqsızlığa qarşı köməklik göstərilməsi üçün bütün lazımi tədbirləri göstərəsiniz."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 972   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

"Whatsapp"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. bu barədə xarici mediaya istinadən xəbər verir. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü. "WhatsApp"

22 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel