Güllələnən icra başçısının qardaşı oğluna VƏZİFƏ VERİLDİ

Güllələnən icra başçısının qardaşı oğluna VƏZİFƏ VERİLDİPrezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Sonxeber.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə ölkə başçısının fəxri konsul təyin etdiyi Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi prokuror Xanlar Vəliyevin oğludur.

Sosial   Baxılıb: 11118   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR