Xalq artistindən ŞOK ETİRAF: "Hamiləliyin 7 ayı tamam olanda..."

Xalq artistindən ŞOK ETİRAF: "Hamiləliyin 7 ayı tamam olanda..."Anam məni bətnində daşıyırdı. Düşünmüşdülər ki, ailədə qız və oğlan övladı var. Fəhlə ailəsində dünyaya gəlmişəm. Atam fəhlə, anam işsiz idi. Bacım danışırdı ki, anam məni dünyaya gətirməmək üçün hər şey edirdi. Ağır əşyalar qaldırır, isti vannalar qəbul edirdi. Anam və nənəm rəfiqələri ilə çox planlar qurdular.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, 2 ay tez dünyaya gəldiyini qeyd edib:

"Anamın hamiləliyinin 7 ayı tamam olanda ağrılar başladı. Deyiblər ki, uşaq sağlam doğulmayacaq. Amma dünyaya gəldim. Atam belə xəstəxanaya getməmişdi. Planda olmayan bir övlad kimi mənə ad qoymağı belə düşünməmişdilər. Nənəm təklif edir ki, mənə ad qoysunlar. Bu an divanda yatan böyük bacım yuxulu halda Aygün deyir. Adım olur Aygün".

A.Kazımova vurğulayıb ki, atası onun üzünü dünyaya gəldikdən bir neçə ay sonra görüb: "Bir gün evdə heç kim yox idi. Atam bundan istifadə edərək bələyi açıb və məni görmək istəyib. Atam deyir ki, səni görən günü elə bil ürəyimi yardılar, səni ora qoydular. Çünki mən atamın müharibəyə gedib qayıtmayan qardaşına oxşayırdım. Daha sonra ərköyün bir uşaq oldum."

Xalq artisti bağçada Vitalik adlı uşağa aşiq olduğunu da qeyd edib: "Cəmi bir neçə saatlıq bağçada oldum. Vitalik adlı oğlan tanıdım. Ya o, mənə, ya da mən ona aşiq oldum, dəqiq bilmirəm. Belə çıxdı ki, biz bir-birimizə aşiq olduq. O anasına deyirdi ki, mən Aygünü sevirəm".

Bundan başqa, müğənni kiçik yaşlarında torpaq yeməkdən xoşu gəldiyini qeyd edib: "Balaca vaxtı mənim torpaq yeməyim böyük problemə çevrilmişdi. Yəqin ki, hansısa vitaminim çatışmırdı. Bundan başqa, evə qonaq gələndə çox sevinirdim. Ayaqqabı qoyulan yerə gizlənirdim. Bizə gələnlərin ayaqqabılarının altındakı torpağı yeyirdim. Yağış yağanda daha çox sevinirdim ki, ayaqqabılar daha çox palçıqlı olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2103   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021