Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI

Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla mübarizə günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib.

Azərbaycan da yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, bu sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a bildirilib ki, hələ 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı tərəfindən Minilliyin sammitində Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası adından prezident Heydər Əliyevin imzaladığı Bəyannamədə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub. "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" ölkəmizdə bütün sahələrdə tərəqqi proseslərinə, habelə yoxsulluğun ildən-ilə azalmasına şərait yaradıb.

Son 15 ildə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib. Qeyd olunan Dövlət Proqramının icrasına dair 2005-ci il may ayının 12-də keçirilən illik konfransda Prezident cənab İlham Əliyev "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır" deyə bəyan edərək, bunu dövlətin qarşısında strateji məqsəd kimi müəyyən edib. "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixdə Prezident cənab İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilib. Bu proqram, habelə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı məqsədilə təsdiqlənərək uğurla icra olunan dövlət proqramları, eləcə də digər vacib sənədlər, aparılan məqsədyönlü dövlət siyasəti respublikada uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edib.

Milli iqtisadiyyatın 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,8 dəfə, qeyri-neft ixracının 4,1 dəfə, əmək haqlarının təxminən 7 dəfə, minimum əməkhaqqının 23 dəfə artdığı, 3,1 min məktəbin, 640-dan çox xəstəxananın, eyni zamanda çoxsaylı sosial obyektlərin tikilərək istifadəyə verildiyi, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkünün müasir şəraitli mənzillərlə təmin olunduğu son 15 ildə ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir".

Yoxsulluğun azalmasında əhalinin məşğulluq imkanlarının artırılması da mühüm rola malikdir. 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub. Yeni iş yerlərinin açılması daimi xarakter almaqla yanaşı, dövlət məşğulluq xidmətləri, işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təminatı tədbirləri də getdikcə gücləndirilir. Təkcə bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti ilə cari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.

Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Respublika üzrə 2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bununla yanaşı, aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi yolu ilə onların sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik ailə biznesinə sahib olmaqla sahibkarlığa çıxış əldə etmələrinə də şərait yaradılır.

Dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı bu sahədə xüsusi əhəmiyyəti ilə seçilir və proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrin nümayəndələrinə xüsusi üstünlük verilir. İşsizliyin və nəticə etibarilə yoxulluğun aradan qaldırlmasında mühüm rola malik olan özünüməşğulluq proqramına ötən il ərzində 1200 nəfər cəlb olunubsa, 2018-ci ildə 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onların artıq kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar", deyə bildirib.

Azərbaycanda aparılan güclü sosial siyasət ölkədə sosial təminat sisteminin də ildən-ilə güclənməsinə şərait yaradır. Buna misal olaraq, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım qeydə alınıb.

2015-ci ilin sentyabrında BMT sammitində dünyada aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün birgə razılaşdırılmış hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədləri qəbul edilib. Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq, bu Məqsədlərin hər biri üzrə fəal siyasət həyata keçirir.

Ümumiyyətlə, ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi prosesləri, sosial firavanlığın təminatı istiqamətində atılan mühüm addımlar yoxsulluğa qarşı mübarizə sahəsində qarşıdakı dövrdə də mühüm uğurların qazanılmasına imkan verəcəkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2946   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021