Gürcülər 17 yaşlı azərbaycanlı qıza görə AYAĞA QALXDI - FOTO

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında "Azərbaycanlı qızları müdafiə edin!" şüarı altında aksiya keçirilib.

Sonxeber.az "Report"a istinadən bildirir ki, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib.

Hərəkat üzvləri əllərində "Səbrimiz tükənib!", "Qadın zorakılığına son qoyulsun!" şüarları tutublar.

Qadınlar Hərəkatının üzvü Baya Pataraya jurnalistlərə bildirib ki, qız qaçırılması Gürcüstanın Azərbaycan icması arasında geniş yayılıb:

"Polis bu cür halları araşdırmır. Qız evə qayıdandan sonra onun öz istəyi ilə qaçırıldığı bildirilir. Polis ailələr arasında məsələnin həll olunmasını gözləyir. Qızı qaçıran şəxs 5 min lari məbləğində cərimələnir. İcma qız qaçırılmasını cinayət əməli hesab etmir. Azərbaycanlı qızlar etnik və gender diskriminasiyasına məruz qalırlar. Biz buna etiraz edirik. Polisi oğurlanmış qızın yerini tezliklə müəyyən etməyə çağırırıq".

O qeyd edib ki, azərbaycanlı qız yaxın günlərdə tapılmasa, Ləmbəli kəndində polis departamentinin binası qarşısında etiraz aksiyası təşkil olunacaq.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) oğurlanmış azərbaycanlı qızın axtarışları ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, faktla bağlı bir sıra istintaq tədbirləri həyata keçirilib və şahidlər dindirilib. DİN qızın yerinin müəyyən olunması üzrə intensiv əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Bundan əvvəl İraqda ömürlük həbsə məhkum edilmiş Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı qadının üç azyaşlı övladının Tbilisiyə gətirildiyi xəbər verilmişdi.
Gürcülər 17 yaşlı azərbaycanlı qıza görə AYAĞA QALXDI - FOTOGürcülər 17 yaşlı azərbaycanlı qıza görə AYAĞA QALXDI - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1828   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021