Azərbaycana gəririlən 17 ton zərərli kivi MƏHV EDİLDİ

Azərbaycana gəririlən 17 ton zərərli kivi MƏHV EDİLDİÖlkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən İran İslam Respublikasından Azərbaycana idxal olunan 17.2 ton kiviyə fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulların bir hissəsində zərərli orqanizm olduğu aşkar edilib.

Agentlikdən Sonxeber.az-a verilən məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən tut qalxanlı yastıcası (Pseudolaspis pentagona Targ.) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Laborator müayinələri nəticəsində, kivinin karantin zərərli orqanizmə sirayətlənməsi müəyyən edilib. Bu səbəbdən zərərli orqanizmlə sirayətlənmiş məhsullar seçilərək dövriyyədən çıxarılıb və AQTA əməkdaşları tərəfindən Sumqayıt Məişət tullantıları poliqonunda məhv edilib.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2806   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart