Bakıda ölümə səbəb olan avtobus sürücüsü və şirkət rəsmisi həbs edildi - FOTOLAR

Bakıda ölümə səbəb olan avtobus sürücüsü və şirkət rəsmisi həbs edildi - FOTOLARSabunçu rayonunun Bakıxanov qəsəbəsində, Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo" markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN" markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

DİN-dən Sonxeber.az-a verilən məlumata görə, nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən "Magna Trans" MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, "Magna Trans" MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə tövsiyyə olunur ki, insan ölümünə səbəb olan bu cür qəzaların qarşısını almaq üçün avtobusları sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülərə etibar etməsinlər. Əks halda həmin şirkətlərin məsul əməkdaşları da qanunla nəzərdə tutulduğu qaydada məsuliyyətə cəlb olunacaqlar.

Bakıda ölümə səbəb olan avtobus sürücüsü və şirkət rəsmisi həbs edildi - FOTOLARBakıda ölümə səbəb olan avtobus sürücüsü və şirkət rəsmisi həbs edildi - FOTOLARBakıda ölümə səbəb olan avtobus sürücüsü və şirkət rəsmisi həbs edildi - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2753   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel