Reanimasiyaya yerləşdirilən Rəşid Mahmudovun səhhəti ilə bağlı AÇIQLAMA
Xəbər verildiyi kimi, tanınmış həkim, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun səhhətində problem yaranıb, reanimasiyaya yerləşdirilib. Müalicəsi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam etdirilir. Yeniavaz.com saytı Rəşid Mahmudovun səhhətinin hazırki vəziyyəti ilə maraqlanmaq üçün onun həyat yoldaşı ilə əlaqə saxlayıb. Yoldaşı Rəşid müəllimin səhhətinin yaxşılaşdığını, indi özünü yaxşı hiss etdiyini deyib: "Bu gün vəziyyəti yaxşıdır, özünü normal hiss edir. Həkimi də bildirir ki, ciddi problemi yoxdur".
Rəşid müəllimin yoldaşı narahatlığa ciddi əsas olmadığını bildirib: "Çoxlu zənglər gəlir, hamı maraqlanır. İnsanların həssaslığını başa düşürəm, amma Rəşid müəllimin vəziyyəti yaxşılaşdığı üçün artıq reanimasiyadan çıxarılıb və palataya köçürülüb".
Yoldaşı Rəşid Mahmudovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə çox danışaq istəmədiyini deyib.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə Yeniavaz.com-a açıqlamasında Rəşid müəllimin şəxsən ziyarətinə getdiyini bildirib: "Həkimi ilə də danışdım, özünün vəziyyəti ilə maraqlandım, yaxşıdır. Reanimasiyadan çıxarılıb, palataya köçürülüb, özünü yaxşı hiss edir".
Günel Aslanova jurnalistlərin tez-tez zəng vurub Rəşid Mahmudovun vəziyyəti ilə maraqlandığını da deyib.
Qeyd edək ki, tanınmış həkimin mədəaltı vəzində problem olacağı, əməliyyat ediləcəyi bildirilirdi.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1938 Tarix: 17 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"
28 martBakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO
Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma
28 martTaksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna
28 martRamiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado
28 martLiftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib
28 martGəlinə verilən hədiyyə boşananda bölünəcək?
Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy
28 mart