Baş infeksionist: "Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur"

Baş infeksionist: "Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur""Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur".

Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, vaxtaşırı həkim müayinəsindən keçmək vacibdir: "Qrip vürusunun gedişində orqanizmdə bir çox ağırlaşmalar, o cümlədən tənəffüs yollarında, eləcə də ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda ciddi narahatlıqlar müşahidə olunur. İnsanların konservləşdirilmiş qidalardan uzaq durmaları məsləhətdir. Bitki ilə zəngin qidalara üstünlük verilməli, qida rasionunda müxtəlif meyvə və tərəvəzi artırmaq lazımdır. Tərəvəzləri isə daha çox bişmiş yox, çiy halda yemək məqsədəuyğundur. Əgər kimsə qripə yoluxarsa, ilk növbədə özü bunun qarşısını almağa çalışmalıdır. İşə getməməli, tempratur olduğu müddətdə yataq şəraitində qalmalı, məcburən işə gedirlərsə, o zaman qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməlidirlər. Hətta evdə də maska taxılmalıdır. Eləcə də ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır".

C.İsayev əlavə edib ki, ölkədə epidemiolji xarakter daşıyan hansısa virusun yayılması təhlükəsi yoxdur: "Lakin qriplə bağlı hər zaman təhlükəli vəziyyət ola bilər. Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı da var. Bunun qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər isə çox vaxt effekt vermir. Çünki qrip çox sürətlə yayılır. Bəzən vətəndaşlarımız buna ciddi yanaşmırlar. Amma qrip təhlükəsinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Çünki bu, kifayət qədər ciddi və ağır nəticələr verə bilir".

Baş infeksionist həmçinin, insanlar arasında sıx müşahidə olunan koksaki virusu barədə də danışıb. Koksaki virusunun enteroviruslara aid olduğunu xatırladan C.İsayev vurğulayıb ki, buna yalnız uşaqlar deyil, böyüklər arasında da rast gəlinir: "Koksaki daha çox yaz-payız fəsillərində özünü büruzə verir. Bu zaman həmin virusların ətraf mühitə yayılmasına şərait yaranır. Bu xəstəlik zamanı ağızda, əl və qollarda balaca yaralar əmələ gəlir, hərarət, boğaz ağrısı, ürək bulanma, qusma, ishal kimi kliniki əlamətlərlə təzahür edir. Bu virus əsasən su, müxtəlif qidalar, həm də hava damcı yolu ilə də keçə bilər. Törətdiyi xəstəlik kliniki gedişə malik olur. Daha çox respirator xəstəlik olub qripi xatırladır. Bu zaman orqanizmin immun sistemini gücləndirmək, temperatur varsa yaşam şəraitini yaxşılaşdırmaq, düzgün qidalanmaq, pəhriz saxlamaq lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 941   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021