"Deputat maaş alır, halallıq baxımından..." - FAZİL MUSTAFA

"Deputat maaş alır, halallıq baxımından..." - FAZİL MUSTAFA"Deputatın səlahiyyətləri məhduddur. Azərbaycanda millət vəkili hamının təsəvvür etdiyi sovet deputatı kimi deyil ki, zəng edib hansısa problemini həll edəsən". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə istifadəçilərinin millət vəkillərindən narazı qalması, onları tənqid və təhqir etməsi məsələsinə münasibət bildirərkən deyib.

Deputat halallığı düşünməlidir

Onun sözlərinə görə, elə olur ki, millət vəkili hansısa problemi məmur səviyyəsində həll edə bilmir: "Ancaq deputat məsuliyyət daşıyan insandır. Səlahiyyəti az da olsa, maaş aldığına görə halallıq baxımından vətəndaş üçün gücü çatan səviyyədə çalışmalı, töhfə verməlidir. Mətbuatdan, vətəndaşdan qaçan deputatlar özlərinə güvənmirlər".

Millət vəkilinin yerində özünü görmək istəyənlər

Deputat qeyd edib ki, insanların deputatlardan narazı qalmasının başqa səbəbləri də var: "Belə ki, narazılıqda vətəndaşın natamamlığı ilə bağlı problemləri də üzə çıxır. Onun problemlərini qabardan deputata da yenə də həmin formada münasibət bəslənilir. Bu insanlar özünün uğursuzluğunun səbəbini onda görür ki, parlamentdə həmin deputatın yerində özü oturmalıydı. Təqribən belə yanaşma var".

"Facebook" tüfeyliləri təbəqəsi yaranıb

F. Mustafa bildirib: "Bu insana deyirsən ki, məndən yaxşımı bu fikri ifadə edəssən, yoxsa məndən daha yaxşı vicdanlı olacaqsan? Cavab verə bilmir. Azərbaycanda "Facebook" tüfeyliləri təbəqəsi yaranıb. Xalq hərəkatı dövründə Xalq Cəbhəsinin və ya başqa yerlərin qarşısında boş-bekar adamlar dururdu. Bunların əsas işi şayiə yaymaqıydı. Təqribən o insanların bir qismi, sonra isə boş, fəaliyyəti olmayan insanlar "Facebook"a dolub. Bunlar yaradıcı insan tipləri deyillər. Bunlar söz, fikir deyən adamları necə boğmaq barədə düşünürlər".

Ay, geri zəkalılar...

Millət vəkili sözlərinə əsas kimi Həbib Nurməhəmmədovla bağlı "Facebook"da öz düşüncələrini paylaşandan sonra əleyhinə deyilən fikirləri misal göstərib: "Yazmışdım ki, Həbib böyük qəhrəmandır, öz biləyinin haqqı ilə qələbə qazandı, lakin fərqli davransaydı dünyada vəhşi müsəlman obrazını dəyişə bilərdi. O, tullanıb başqasını döyməsəydi, udduğu döyüşçünün əlini sıxsaydı Amerika cəmiyyətində, xristian dünyasında müsəlmanın nə qədər humanist olduğunu, yəni peyğəmbər əxlaqlı olduğunu göstərərdi. Bunu əleyhimə yazı kimi paylaşıblar və deyirlər ki, sən niyə deputatsan. Mən də deyirəm ki, ay, geri zəkalılar mənim mətnimə baxın. Sizin mənim şəxsiyyətimi təhlil etməyə nə mənəvi haqqınız var, nə də üstünlüyünüz var. Mətn qalır bir tərəfdə. Çünki mətn oxumaq vərdişi yoxdur".

Hamı şifahi dedi-qodu ilə məşğuldur

Deputat hesab edir ki, tariximizdə "Dədə Qorqud"dan başqa əsər yoxdur: "Yəni yazı mətni yoxdur. Hamı şifahi dedi-qodu ilə məşğuldur. Tarixən babalarımız da elə olub, biz də elə olmuşuq. Heç nəyi qeydə almamışıq. Yazı tənbəlliyimiz var. Ona görə yazıçımızı dünyaya çıxarda bilmirik. Çingiz Aytmatov yetişdirə bilmirik. İstedadlı yazar sonadək gedə bilmir. 60-70 yaşını ötdükdən sonra müdrikləşə bilmir. Konkret işə yönələn adamları cəmiyyət üçün nümunə göstərməliyik".

Uğursuz insan üçün hamı nifrət obyektidir

Bununla belə o, diqqətə çatdırıb ki, insanların deputatlara münasibətdə haqlı tələbləri də var: "Təbii ki, insanların standartlarına uyğun olmayan, başını girdələyən insanlara neqativ münasibətləri normal qarşılamaq lazımdır. Lakin bu münasibəti kütləviləşdirmək doğru deyil. Adətən bu cür münasibəti uğursuz insanlar göstərirlər. Uğursuz insan üçün hamı nifrət obyektidir. Buna görə də ittihamların obyektivliyi böyük narazıçılıq doğurur. Ona görə də cəmiyyətdə ziyalı gildiyasını formalaşdırmağa ehtiyac var. Təbii ki, sosial problemlər var. Narazılığın kökündə insanın buraxdığı fürsətlər var. Anadolu türklərinin bir sözü var: şans hazırlıklı kafalara yardımçı olur. Şans hamıya düşür, lakin sənin dünya görüşün yoxdursa, o şansı əldən verirsən".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4485   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Crocus City Hall"da yaralananların sayı 360-a çatdı

Moskvada "Crocus City Hall" ticarət mərkəzində terror zamanı xəsarət alanların sayı 360-a çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Onlardan 11-nin uşaq olduğu bildirilir. 63 nəfər artıq xəstəxanadan evə buraxılıb. Məlumata görə, yaralı sayının artması insanları

27 mart
.

Canavar sürüsü evi "mühasirəyə aldı": Qorxunc görüntülər - VİDEO

Kanadada yaşayan bir ailənin evinin qarşısına qəfildən canavar sürüsü toplaşıb. Evin qapısını açan ailə üzvləri gördükləri mənzərə qarşısında nə edəcəklərini bilməyiblər. Ailənin mobil telefonla lentə aldığı görüntülər sosial şəbəkələrdə gündəm olub

28 mart
.

Başını qaşıyan sürücü 400 dollar cərimələndi

Hollandiyalı süni intellekt kamerası onu avtomobil idarə edəndə telefonla danışarkən tutduqdan sonra 380 avro cərimələnib. Düzdür, o, sadəcə başını qaşıdığını və sistemin səhv etdiyini iddia edir. -a istinadən xəbər verir ki, keçən ilin noyabrında Tim Hansen bir ay əvvəl maşın sürərkən cib telefonu il

28 mart
.

Uşağın alışqanla oynaması böyük yanğına səbəb oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda yaşayış binasında başlayan yanğın nəticəsində dörd nəfər köməksiz vəziyyətdə qalıb. Qeyd olunub ki, yanğın uşağın alışqanla oynaması nəticəsində baş verib. Hadisə yerinə gələn yanğın-xilasetmə qrupları onları çətinliklə də olsa, xilas edə biliblər

28 mart
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27 mart
.

"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: Rəylərdə haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar

Moskva vilayətində "Crocus City Hall" kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı "Şokoladnitsa" kafesində işləyib. Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməy

27 mart
.

Bu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi

Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları

28 mart
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

28 mart
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27 mart