Putinin pensiya islahatı və müharibə riski: Ölkəni etiraz aksiyaları bürüdü – "The Wall Street Journal" yazır

Putinin pensiya islahatı və müharibə riski: Ölkəni etiraz aksiyaları bürüdü – "The Wall Street Journal" yazırSon bir neçə ayda Rusiyanın 80-dən artıq şəhərində minlərlə insan küçələrə hökumət əleyhinə mitinqlərə çıxıb.

Sonxeber.az Avropa.info-a istinadən xəbər verir ki, nüfuzlu "The Wall Street Journal" Rusiyada pensiya məsələsinə həsr olunmuş məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, Rusiyada küçələrə çıxanlar pensiya yaş həddinin artırılmasına etiraz edirlər: "Rusiyalılarda belə bir hiss yaranıb ki, Putin rejimi onlara arxadan zərbə vurur".

Məqalə müəllifi Leon Aron hesab edir ki, Putinin bu baş ağrısı tezliklə Qərbin probleminə çevriləcək.

2013-cü ildə Putinin reytinqi son 13 ildə ən aşağı səviyyədə olsa da, qış olimpiadasında kütləvi dopinq məsləsini gündəmə gətirməklə, ardınca Krımı işğal etməsi, Ukrayna ilə müharibə onun reytinqinin yüksəlməsinə xidmət etdi: "Elə o vaxtdan da militarist vətənpərvərlik Putinin populyarlığının əsas açarı oldu. Qəzəbli "vətənpərvər pələng"ə minən Putini bu vəhşinin üzərindən endirmək elə də asan olmayacaq.

"O, yeni insan əti və daha çox qan istəyir. Bu gün isə pensiya islahatları Putinin populyarlığına təhlükə yaradır. Ola bilsin ki, yenidən onu yemləmək zamanı yetişib. Odur ki, ona yeni "Krım" və ya "Ukrayna" lazım olacaq. Bu isə Narva və Latqaliya ola bilər. Estoniya və Latviyada rusdilli əhali çoxluq təşkil edir", məqalədə qeyd olunur.

Məqalə müəllifi L.Aronun fikrincə, Putinin belə bir vətənpərvərliyinə NATO-nun qətiyyətsizliyi və effektsizliyi isə göz qarşısındadır.

"Bu baxımdan da çox böyük risklər mövcuddur. Çünki Putin siyasi hesabları ilə daxildəki etiraz dalğalarından xilas olmaq üçün xarici siyasi avantüraya əl ata bilər"- müəllif qeyd edib.

Aron təklif edir ki, pensiya islahatları hesabına ildə ölkə iqtisadiyyatına 15 milyard dollar qənaət ediləcək və bu qənaət sonda bütün ölkəni alova bürüyəcək: "Ümid edək ki, Qərbin yanğınsöndürən maşınları yanğının yayılmasına hazır vəziyyətdədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1377   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO

Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl

16 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021