1,3 və 5 qəpiklər yığışdırılacaq?

1,3 və 5 qəpiklər yığışdırılacaq?"Xırda qəpik problemindən qurtulmağın ən yaxşı yolu nağdsız ödənişlərin artırılmasıdır".

Sonxeber.az bildirir ki, Sfera.az-a açıqlamasında bu sözləri 1, 3 və 5 qəpiklik sikkələrin demək olar ki, dövriyyədə işləməməsi və bu halda onlardan qurtulmağın yolları barədə məsələyə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, xırda qəpiklərin dövriyyədə qalmasının iqtisadi əsasları yoxdur:

"Burada başqa bir maraqlı cəhət odur ki, Azərbaycanın 1,3 və 5 qəpikliklərinin istehsalı prosesinin maya dəyəri öz nominal dəyərindən daha baha başa gəlir. Azərbaycanda bildiyiniz kimi, 1,3 və 5 qəpikliklər istehsal olunmur. Manat ümumiyyətlə xaricdə istehsal olunur. Sikkələr əsasən Avstriyada çap olunur. Ona görə də həmin qəpiklərin daşınma və istehsal xərci nominal dəyərindən baha olur. Bu səbəbdən onların dövriyyədə olması və yenilərinin istehsalı artıq iqtisadi cəhətdən də məntiqə uyğun deyil. Yəni iqtisadi əsasslandırma da yoxdur. Çünki ciddi problem var. Maya dəyəri çox yüksəkdir. Ən yaxşı yol nağdsız ödənişlərin təşviqi məsələsidir. Nağdsız ödənişlərin təşviqi zamanı isə ümumiyyətlə qəpiklərə ehtiyac qalmayacaq. Bir müddətdən sonra təbii üsullarla 1 və 3 qəpikliklər ticarət dövriyyədən çıxarılmalıdır. 5 qəpiklikdən isə hələ də kifayət qədər istifadə olunur. Onların yenilərinin istehsalına ehtiyac yoxdur və ona görə də bir müddət dövriyyədə qala bilər. Qəpik problemindən qurtarmağın ən yaxşı yolu dediyim kimi, nağdsız ödənişlərin artırılmasıdır. Bu zaman həm dövriyyə şəffaf olur, vergi daxil olmaları və ticarət obyektlərinin məsuliyyəti artıq. Hökumət bu istiqamətdə ciddi düşünərək addımlar atmalıdır".

Qeyd edək ki, Azərbaycanda 1,3 və 5 qəpikliklər də dövriyyədədir. Hansı ki, bu qəpikləri demək olar ki, heç bir yerdə, heç bir satış məntəqəsində götürmürlər. Belədə görünən odur ki, xırda qəpiklər lazımsız pula çevrilir. Bu fonda onların dövriyyədə qalmasındansa, dövriyyədən çıxarılması daha məqsədəuyğundur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4557   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021