Dedim, içəridən təzə çıxmışam, mənimlə işin olmasın

Dedim, içəridən təzə çıxmışam, mənimlə işin olmasınBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Amin Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib.

İttihama münasibət bildirən A.Kazımov özünü təqsirli bilib.

O, sərbəst ifadə verərək deyib ki, mərhum Yaşar Məmmədovu qətlə yetirməsinə aralarında yaranan münaqişə səbəb olub. Onun sözlərinə görə, mərhum avtomobilini onun obyektində yumamasına etiraz edib, bununla da mübahisə başlayıb:

"Dedim, cavan oğlanam, içəridən təzə çıxmışam, mənimlə işin olmasın. O da dedi ki, gözüm aydın, qorxmuram səndən. Sonra yenə binaya gəldim, bu adam çıxıb dedi ki, avtoritet, hardasan, niyə söhbətə gəlmədin? Sonra biz söhbət etmək üçün görüşdük. Görüşəndə, onun üzünə şillə vurdum, döyməyə başladım. Ətrafımızda olan adamlar bizi ayırdı. Ancaq mübahisə bununla yekunlaşmadı".

A.Kazımov qeyd edib ki, mübahisə uzandığı üçün Y.Məmmədovu cəzalandırmaq qərarına gəlib:

"Həmin günün axşamı bıçağı götürüb, onunla yenidən görüşməyə getdim. Məhəlləyə çatıb, onu kənara çəkdim. Dedim ki, Yaşar, məni söydüyünə görə, dostları çağıraq, onların yanında məndən üzr istə. O isə üzr istəməyəcəyini dedi. Əsəbləşib, onu birinci dəfə yumruqla vurdum, sonra isə bıçaqla 2-3 zərbə endirdim".

Məhkəmə iclası oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin martın 4-də Bakının Nizami rayonu Qara Qarayev prospektində baş verib. A.Kazımov kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.

Cinayəti törədən A.Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb. Məlumata görə, A.Kazımov Y.Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona yeddi zərbə vuraraq qətlə yetirib.

Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına düşüb./oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3022   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart