Sim kart almağa ehtiyac qalmayacaq - İNQİLABİ YENİLİK
Mobil telefon sahəsində inqilabi yenilik olacaq.
Bir neçə gün öncə "Pundi X" şirkəti sim kartsız işləyən smartfon təqdim edib. Belə texnologiyanın bazara girməsi gələcəkdə mobil rabitənin simasını tam dəyişəcək.
"Finans.az" mobil rabitə bazarında baş verəcək dəyişiklərlə bağlı İKT mütəxəssisi Elşad Yusiflinin fikirlərin öyrənib. İKT mütəxəssisi bildirib ki, yeni təqdim edilən "XPhone" telefonunda elektron sim sistemi var: "Bu telefonun içində sim kart yox, kartı əvəz edən sistem var. Ümumiyyətlə o sim kartları dünyada bir neçə şirkət hazırlayır. Çip olaraq onlar hamıda eynidir. Sadəcə hər operator onun içinə xüsusi bir proqram yükləyir və xüsusi İD-ləri olur. Avadanlıq olaraq o sim kartın özü dünyada bütün operatorlarda fərqlənmir. Yeni smartfonlarda həmin çip telefonun içinə yerləşdirilib və operatordan asılı olaraq və proqramını yükləyərək yararlanmaq olur. Daha hər hansı bir operatora bağlanmaq üçün o operatorun sim kartın almağa ehtiyac qalmır. İstənilən operatorun proqramın yükləməklə siz onun müştərisi olursunuz. İstifadəçi üçün bunun üstünlüyü odur ki, iki kartlı telefon almaq gərəkli deyil. İstifadəçi eyni anda bir neçə operatorun proqramın yükləyir və telefonun menyusundan girib dəyişiklik etməklə müxtəlif operatorlara qoşula bilir".
Ekspert bu texnologiyanın sürətlə yayılacağını bildirib:
İKT üzrə mütəxəssis Elşad Yusifli
Dünya qloballaşdıqca hamı xaricə gedir və bu zaman rouminq xərci ilə bağlı problem yaranır. Bu texnologiya həmin problemi aradan qaldıracaq. Başqa ölkəyə gedəndə bir neçə sim kart almağa ehtiyac qalmayacaq. Həmin ölkənin operatorunun proqramını telefona yükləməklə həm mobil, həm də internet əlaqədən istifadə etmək olacaq.
"Dünya qloballaşdıqca hamı xaricə gedir və bu zaman rouminq xərci ilə bağlı problem yaranır. Bu texnologiya həmin problemi aradan qaldıracaq. Başqa ölkəyə gedəndə bir neçə sim kart almağa ehtiyac qalmayacaq. Həmin ölkənin operatorunun proqramını telefona yükləməklə həm mobil, həm də internet əlaqədən istifadə etmək olacaq".
Mütəxəssis əlavə edib ki, bu proqramın işləməsi üçün müvafiq operatorlar elektron sim sistemini dəstəkləməlidir: "Azərbaycanda hələ ki, bu sistemi dəstəkləyən operator yoxdur".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3246 Tarix: 17 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi
24 aprelİrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin
25 aprelElmira Süleymanova dəfn olundu
Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb
25 aprelMaşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video
Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə
25 aprelAzərbaycanda vəkillərin sayı açıqlanıb
"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro
25 aprelMübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri
24 aprelAzərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis
25 aprelBakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:
25 aprelLənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı
25 aprel