Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL

Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETALPaşinyanın istefası formal xarakter daşıyır. O, istefaya baxmayaraq, Nazirlər Kabinetinə təlimat və göstərişlər verməkdə davam edəcək.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan parlament seçkiləri ilə bağlı xeyli arxayındır:

"Çünki əvvəlki prezident və baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının əksəriyyətdə olduğu parlament demək olar ki, buraxılıb. Yeni parlament seçkiləri də dekabrın əvvəlinə təyin edilib. Paşinyanın yerinə yeni baş nazirin seçilmə imkanı demək olar ki, yoxdur. Belə qüvvələr sadəcə olaraq mövcud deyil. Paşinyanın məqsədi ölkədəki situasiyanı tam olaraq nəzarət altına almaqdadır. Güman ki, Paşinyan seçkilərdə səslərin əksəriyyətini qazanacaq və dövlətin bütün strukturlarını özününküləşdirməyə nail olacaq".

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin Ermənistandakı seçkilərdən sonra hansı istiqamətdə inkişaf edəcəyinə gəlincə, Q.Hüseynlinin sözlərinə görə, prezident Armen Sarkisyanın bu günlərdə Moskvaya səfəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun müavini ilə görüşməsi belə təəssürat yaradır ki, Moskva bir müddət Dağlıq Qarabağla bağlı məsələlərdə Ermənistan prezidenti ilə məsləhətləşmələr aparmaq istəyir:

"Çünki Armen Sarkisyan Moskvadan qayıtdıqdan sonra dərhal Qarabağa gəldi və məhsul bayramında iştirak etmək adı altında qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. Siyasi müşahidəçilər bu görüşün Moskvanın Dağlıq Qarabağla bağlı yeni təşəbbüslərlə əlaqəsinin olacağını istisna etmirlər. Moskva ABŞ-ın, bəzi Avropa ölkələrinin – Fransanın, Almaniyanın Dağlıq Qarabağ probleminin həllində fəallaşdığını görərək və vasitəçilik təşəbbüsünün əlindən çıxacağını düşünərək yenidən bütün ipləri əlində toplamağa, Ermənistanı tamamilə özünün nəzarəti altına almağa və danışıqlar prosesində əsas söz sahibi olmağa çalışır. Belə görünür, buna müəyyən dərəcədə nail ola bilib".

Dağlıq Qarabağ münaqişəsinin həllində xələfləri Robert Köçəryan və Serj Sarkisyandan daha mülayim görünən Levon Ter-Petrosyanın qrupundan olan Nikol Paşinyanın seçkilərdən sonra indiki radikal mövqedən əl çəkmə ehtimalına gəlincə, müsahibimiz hesab edir ki, mümkün yumşalma belə Azərbaycanın maraqlarına cavab verməyəcək:

"Hazırda Paşinyan hökumətinə ən çox təsir gücünə olan adamın Levon Ter-Petrosyan olduğunu vurğulayırlar. Keçmiş prezident Paşinyana işğal edilmiş müəyyən əraziləri azad etməyi tövsiyə edə bilər və yəqin ki, edəcək. Söhbət Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad edilməsindən gedir. Bu ərazilər Ermənistan üçün başağrısı yaradan və dünya tərəfindən həyata keçirilməsi tələb olunan prosesdir. Amma Levon-Ter Petrosyanın özü də, həmçinin Paşinyan da Dağlıq Qarabağın statusu məsələsində zərrə qədər güzəştə getmək fikrində deyillər. Onlar Dağlıq Qarabağı ya müstəqil, ya da Ermənistana birləşmiş şəklində görmək istəyirlər. Bu isə danışıqlar prosesinə əngəl yaradan başlıca məsələdir və Azərbaycan bununla qətiyyən razı olmayacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2783   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart