Mehriban Xanlarovadan sərt cavab – "Evindəkilərdən xəbəri yoxdur…"

Mehriban Xanlarovadan sərt cavab – "Evindəkilərdən xəbəri yoxdur…"Son günlər sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmiş "Azərbaycanlı Vandam" kimi məşhurlaşan Ruslan İsmayılovun əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu verilişdə rəqs etməsi tənqidlərə səbəb olub.

Sonxeber.az bildirir ki,"Ölkə.Az" səsləndirilən fikirlərlə bağlı tanınmış aktrisanın da mövqeyini öyrənib. Xanlarova bildirib ki, onu sosial şəbəkədə təhqir edənlər cəsarətsiz insanlardır:

"O adamı niyə təhqir edirlər, niyə ona düşük deyirlər? O da Azərbaycan oğludur, efirə dəvət etmişəm. Deyirlər ki, guya xəstədir. Halbuki ağlı, şüuru yerində, ibadət edən insandır. Hətta verilişdən tez icazə alıb dedi ki, Mehriban xanım, məscidə namaz qılmağa getməliyəm. Niyə bu düşük insanlar hamını özləri kimi hesab edirlər. Kim sənə ixtiyar verib ki, camaatı təhqir edəsən? Monitor arxasında kişilənən, mənəm-mənəm deyən hər kəsə deyirəm ki, belə cəsarətlisənsə, sözünü mənim üzümə de. Yaxud get həmin oğlanı tut, ona de. Monitor arxasında kimisə təhqir etmək lazım deyil. Deməli, xoşuna gəlib ki, verilişə baxmısan da. Soğan yeməmisənsə için niyə göynəyir. Özünü tanıyan kişi heç vaxt elə ifadələr işlətməz. Həmin "monitor şirlərinin" bəzilərinin heç öz evindəkilərdən xəbəri yoxdur".

M.Xanlarova onu tənqid edən şəxslərə müraciət edib:

"Qısa geyinərsən, bir söz deyirlər, rəqs edirsən, təhqir edirlər. Nə edək? Dərdimizi kimə deyək? Azərbaycandan gedək? Bacarırsan, gəl, mənim kimi veriliş apar, istedadlı aktrisa ol, monitor arxasında pişik kimi gizlənib təhqir yazma. İş yerimi də bilirsiz. Xalqın içində gəzən adamam, bazara da gedirəm, dükana da, yeri gələndə avtobusa da minirəm. Yaxşı qadın, yaxşı kişisinizsə sözünüzü özümə deyin".

Qeyd edək ki, əslən Zaqatalanın Çobankol kəndindən olan Ruslan İsmayılovun əməkdar artistin aparıcısı olduğu verilişə dəvət olunması və aktrisanın "Azərbaycanlı Vandam"la rəqsi tənqidlərə səbəb olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3356   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021