Restoranların İYRƏNC ÜZÜ: başqalarının artığını bu yolla... - MÜTLƏQ OXUYUN!

Restoranların İYRƏNC ÜZÜ: başqalarının artığını bu yolla... - MÜTLƏQ OXUYUN!Məşhur "Reddit" saytından istifadə edən və müxtəlif restoranlarda çalışan baş aşpazlar, ofisiantlar və inspektorların danışdığı həqiqətlər dünya mediasını bir-birinə qatıb. Cəmiyyətdə istirahət etmək üçün çoxsaylı restoranlar, əyləncə mərkəzləri var. İnsanlar düşünür ki, onları bir-birindən ayıran əsas cəhət isə keyfiyyət məsələsidir. Keyfiyyətin göstəricisi isə qiymətlərdir. Əminəm ki, hər kəs bu fikirlə razıdır. Amma sən demə, bütün bunların heç bir önəmi yoxdur. A-dan Z-yə qədər bütün restoranlarda xidmət eynidir. Məsələnin nədən getdiyini öyrənmək istəyirsinizsə, yazını diqqətlə oxuyun:
Sonxeber.az bildirir ki, publika.az sizə məşhur aşpaz və ofisiantların danışdıqları dəhşətli həqiqətləri təqdim edir:
1. "Adətən onlarda kif var"
"Qida məhsulları üzrə inspektor kimi çalışan şəxslərdən biri deyib ki, restoranlarda açıq bakallarda pivə sifariş vermək düzgün deyil. Çünki, həmin pivənin süzüldüyü çəlləyin kranı heç vaxt təmizlənmir. Ona görə də orada çoxsaylı bakteriyalar, kif toplanır. Hər yeni sifarişdə müştərilərə kifli kranlardan axıdılan pivələr verilir".
2. "Sizin yerinizdə olsam, heç vaxt restoranda toyuq sifariş etmərəm"
"Restoranda baş aşpaz kimi çalışmışam. Təəssüf ki, bu problem bütün restoranlarda var. Gətirilən toyuq ətlərinin təmizliyinə riayət edilmir. Əgər nə vaxtsa, hansısa restoranda toyuq sifariz etsəm, onu diqqətlə yoxlamadan, bir tikə belə dişləmərəm".
3. "Mən şorbalardan çəkinirəm"

"Mən restoranlarda təklif edilən şorbalardan ehtiyat edirəm. Əgər o restoran xüsusilə müxtəlif çeşidli şorbaların hazırlanması ilə məşğul deyilsə, mən orada şorba içmərəm. Mən kulinariya sahəsində təhsil almışam və uzun illər restoranda çalışmışam. Stajım mənə imkan verir ki, tələsik hazırlanmış keyfiyyətsiz şorbalarla, yüksək səviyyədə əla çeşidlə hazırlanmış şorbanı ayırd edə bilim".
4. "Boşqabların içərisində qalan yeməklərin qalıqları yenidən istifadə edilir"
"Buna inanmaq çətin olsa da, vəziyyət budur. Əgər siz restoranda balıq sifariş vermisizsə, onu sonuna qədər yeyin. Əmin olun ki, sizin qabınızdan qalan artıqlar yaxınlıqdakı masanın növbəti sifarişidir. Bir dəfə bizim restoranda bir müştərinin sifariş etdiyi balığın qalıqlarını götürüb içərisinə əlavə inqrediyentlər əlavə edildi. Nəticədə hisə verilmiş balıq əsrarəngiz sousla hazırlanmış balıq salatına çevrildi. Bu isə kifayət qədər baha qiymətlə yan masanın sifarişi kimi təqdim edildi".
5. "Şəbəkə restoranlarında yemək yeməyin"
"Məsləhət edərdim ki, şəbəkə restoranlarından uzaq olasınız. Əks təqdirdə sizi yuxarıda sadalananlardan da iyrənc menyu gözləyir. Bu kimi restoranlarda bəzən aşpazlar belə olmur. Uzaq məsafədən bişirilmiş qidalar göndərilir, buzluqda saxlanılır və təbii olaraq keyfiyyət dərəcəsini itirdikdən sonra hansısa müştəriyə təklif edilir. Bu isə sağlamlığınız üçün risklidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1043   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021