"Elələri var ki, adamın ürəyi ağrıyır, 300 manatlıq iş tapa bilmir"-Fazil Mustafa/MÜSAHİBƏ

"Elələri var ki, adamın ürəyi ağrıyır, 300 manatlıq iş tapa bilmir"-Fazil Mustafa/MÜSAHİBƏ"Ümumiyyətlə Azərbaycan xalqı nə istədiyini bilməyən xalqdır", "Dövlətin ixtiyarı var ki, qanunsuz zəbt etdiyin yerdən gəlib səni çıxartsın", "Mətbuat məmurların təzyiqləri qarşısında tab gətirə bilmir", "İnsanlarımız gündəlik 20 manata işləmək istəmir", "elə bil hər şeyi özü ilə o biri dünyaya aparacaq cəmiyyətimiz var", "başqasına görə maşınını dəyişən, qonşuya görə oxuyan cəmiyyətimiz var" - bunlar Milli Məclisin deputatı Fazil Mustafanın Sonxeber.az saytına verdiyi müsahibədən sitatlardır.

Deputat müsahibədə aktual sosial problemlərə və onların həll yollarına fərqli yanaşıb.

Müsahibəni təqdim edirik:

- Son dövrlər ölkə mətbuatını Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürov və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı ilə bağlı xəbərlər zəbt etməkdədir. Niyə məmurlar vəzifə başında olanda buraxdıqları qanun pozuntularına görə cəzalandırılmır?

- Vəzifə başında olarkən tənqid edilən məmurlarımız kifayət qədərdir. Bu məsələdə iki amilə diqqət yetirmək lazımdır. Birinci medianın müstəqilliyi amilini diqqətinizə çatdırmaq istəyirəm. Bu gün media əvvəlki illərdəki cəsarəti göstərə bilmir. Məmurların həm hüquqi, həm də maddi təzyiqləri qarşısında tab gətirə bilmirlər. Bizdə insanlara məhdudiyyət qoymayan qanunlarımız var. Tənqidə görə təqib bizdə qadağandır. Müxtəlif qanunlarda bu öz əksini tapıb. Bu, məhz cəsarətlə bağlıdır. Jurnalist məmurlardan niyə qorxmalıdır? Bundan əlavə bu məsələdə QHT-lərin zəifliyi də göz önündədir. İxtisaslaşmış QHT mətbuat üçün daha önəmli materiallar ortaya qoya bilər. Çox vaxt məmurlar haqqında gedən yazılar sifarişli və ictimai rəyi formalaşdırmaq üçün olur. Bu da yaxşı hal deyil. Bir çox ölkələrdə də mətbuata bu cür yazılar daxil olur. Azərbaycanda bu tendensiya daha çoxdur.

Təbii ki, bu formada olmamalıdır. Analitik yazılar və müəyyən aktual problemlərin qabardılması ilə yanaşı, bu tip informasiyalar azlıq təşkil etməlidir. Saytlarda gedən yazılar insanları bezdirir. Çünki bir informasiyanın 50 saytda getməsi o qədər də xoş qarşılanmır. Necə düzülüb qoşulması barəsində ictimaiyyətdə rəy formalaşır. Hər hansı bir məmuru tənqid edə bilərsən. Amma sən bunu faktlara söykənib etməlisən. Faktı toplamaq və dəyərləndirmək qabiliyyətin olmalıdır ki, söhbət məhkəməyə qədər gedib çıxmasın. Bəziləri jurnalistikanın qanunlarını öyrənmədiyi üçün bəzi problemlərlə qarşılaşırlar. Vəzifədə olan məmurlardan qorxurlar. Çünki jurnalistləri məhkəməyə verə bilərlər. Sonda da məmur vəzifədən çıxanda deyirlər ki, mən demişdim. Bəzən jurnalistin hamının gözü qarşısında baş verənləri deməyə cəsarəti çatmır. Təbii ki, bu da medianın peşakarlıq səviyyəsinin aşağı olmasından qaynaqlanır.

"Elələri var ki, adamın ürəyi ağrıyır, 300 manatlıq iş tapa bilmir"-Fazil Mustafa/MÜSAHİBƏ- Baş nazirin müavini Hacıbala Abutalıbov açıqladı ki, Badamdarda sürüşmə nəticəsində zərər görən ailələrə kompensasiya verilməyəcək. Səbəb kimi də evlərin qanunsuz tikilməsini göstərilir. Bu qədər ev necə qanunsuz tikilə bilər və günahkar kimlərdir?

- Məmur onsuz da öz yerində oturub təklif gözləyir. Məmurların hamısı qanuni işləməyə maraqlı deyil axı!. Məmur da bizim içərimizdən çıxır. Qanunsuz evlər necə tikilirsə qanunsuz fəaliyyət göstərən insanlar o evlərdə, bizim cəmiyyətdə yetişir. Müxtəlif yollarla pul qazanmaq istəyirlər.Vəzifəsindən də istifadə etmək imkanı yaranan kimi bunu həyata keçirirlər. Hər kəs piyada keçidini keçən zaman polis axtarır. Tutaq ki, polis yoxdur. Sən niyə piyada keçidindən deyil, həyatını təhlükəyə atıb yolun ortasından keçirsən. Birinci, insan özü maraqlı olmalıdır ki, qanunu pozmasın. İnsanlarımız çalışmalıdır ki, sənədi olmayan yerdə ev tikməsin. Bəziləri bunu məcburiyyətdən etdiklərini bildirir. Mülkiyyət hüququn varsa, heç kim toxuna bilməz. Toxunsa da kompensasiya verilməlidir. Qanunsuz hansısa sövdələşməyə girib məmura 2000-3000 verirsinizsə, artıq bu sənin günahındır. Dövlətin ixtiyarı var ki, qanunsuz zəbt etdiyin yerdən gəlib səni çıxartsın. Gecəqondulara qarşı dövlətin də müəyyən addımlar atması zəruridir.

Məmurların günahlandırılması başqa məsələdir. Bu artıq korrupsiya ilə bağlı məsələdir. Ən böyük yanlış sənədi olmayan yerlərdə yaşayış evləri tikənlərdədir. Bəli, elələri var ki, evi tikəndən bir müddət sonra yaşayış yerini sənədləşdirə bilir. Amma minlərlə insan var ki, bunu edə bilmir. Edə bilmirlərsə deməli bu riskə özləri giriblər. Kimsə gətirib səni qanunsuz yerdə zorla ev tikdirmir. Görürsən ki, sürüşmə ərazisidir, orada ev tikmə. Daha təhlükəsiz yerdə yaşayış yeri tikmək lazımdır. Şəhərin mərkəzinə yaxın yerləşmək istəyirlər, sonra da hansısa təhlükə yaranan zaman kompensasiya tələb edirlər. Bu məntiqə sığmır. Təbii ki, insanların məcburiyyətdən Bakıda yerləşməsi çox ciddi problemdir. Bakıda ayrı-ayrı bölgəlilərin adına olan məhəllələr var. Bakının bir çox ərazisində yerləşən torpaqlar yaşayış üçün yararlı deyil. Radiasiyadan təmizlənməmiş torpaqlardır. Ümumiyyətlə biz nə istədiyini bilməyən xalqıq. İnsanların öz düşüncəsi dəyişməlidir. Qanunsuz ev tikməməlisən.

- Siz tez-tez seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə və hansı qurumun fəaliyyətsizliyi ilə bağlı sizə müraciət edirlər?

- Seçicilərin əksəriyyəti işsizlik və maddi yardımla bağlı mənə müraciət edirlər. Bundan əlavə məhkəmənin çıxardığı qanunsuz qərarlarla bağlı müraciətlər də az deyil. Məhkəmələrdə xeyli qanunsuz qərarlar çıxarılır. Daha çox bu 3 məsələ ilə bağlı seçicilərim mənə müraciət edirlər. Məmurların qəbul edib-etməməsi əvvəlki kimi çox olmur. Əvvəllər qaz, işıq, su problemləri ilə bağlı müraciətlər çox olurdu. Bölgələrdə demək olar ki, bu problem aradan qaldırılıb. Amma işsizlik böyük problemdir. Bununla bağlı müraciətlər çox olur. Bunun qarşısını almaq bizim səlahiyyətimizdə deyil. Çünki əvvəl özəl sektorlar çox idi. Ona görə rahat idik. Biz onlardan xahiş edə bilirdik ki, bu 3 nəfəri fəhlə kimi işə qəbul edin. Elə insanlar gəlir ki, adamın ürəyi ağrıyır. Əvvəl yaxşı işdə işləyib. Amma bu gün 300 manatlıq iş tapa bilmir.

İnsanlarımızın böyük hissəsi tez varlanmaq istəyir. Sabit gəlirə qane olmaq istəmirlər. Bəzən gündəlik 20 manata bəzən işləmək istəmirlər. Bu gün yaxşı soyuducu və ev təmir edən usta, malyar tapmaq çətindir. Halbuki öz sahəsinin mütəxəssisi olana hər kəsin ehtiyacı var. Məndən olsa, bu ali məktəbə olan meyilliyi aradan qaldıraram. Savadlı uşaq gedib oxusun. Ali məktəbdə 50 yer üçün savadlı insanlar yetişsin. Yerdə qalan 30 nəfər ayrı-ayrı peşələr üzrə ixtisaslaşsın. Qız uşaqlarının dərzilik sənətini öyrənməsinin nəyi pisdir? Sabah ailədə problem olarsa, iki paltar tikib qazancını əldə edər. Hər kəs düzənli həyat axtarır. Həbsxanada həkim əla yaşayır. 5 dustağı müalicə edib, dərman yazır, heç evdən yemək gətirilməsinə ehtiyac qalmır. İnsan özü-özünü çətin vəziyyətə hazırlamalıdır.

- Bilirsiniz ki, cənab Prezident tərəfindən hər bir sahəyə kifayət qədər vəsait ayrılır. Amma bir təbiət hadisəsi olan kimi ölkəmizdə müəyyən problemlər yaranır. Bu vəsaitlərin düzgün yerə xərclənməsinə hansı qurum nəzarət etməlidir?

"Elələri var ki, adamın ürəyi ağrıyır, 300 manatlıq iş tapa bilmir"-Fazil Mustafa/MÜSAHİBƏ- Yağış yağan zaman yaranan problemlə bağlı mənə sual verdilər. Gördüm sualın cavabı bir az ağırdır. Kimisə də ittiham etmək olmur. Məcbur olub yağışı günahlandırdım. Dedim ki, yağış Londona yağdığı kimi Bakıya da yağmamaldır. Bir az ironiya ilə də olsa problemi qabartmağa çalışırıq. Hər zaman ayrılan vəsait ideal formada xərclənmir. Burada nəzarət sistemi doğru qurulmaldır. Nəzarət olmasa pulu hər kəs istədiyi kimi xərcləyəcək. Azərbaycanda bununla bağlı ciddi problemlər var. Yolların çəkilişində müəyyən problemlər yaşanır. Bir də görürsən asfalt öz-özünə çökür. Səhiyyədə müəyyən çatışmazlıqlar var. Klinikalarda soyğunçuluq baş alıb gedir. Kimin imkanı varsa xaricdə müalicə olunur. Bunların hər biri dürüstlüyün olmamasından qaynaqlanır.

Biz bunu cəmiyyət olaraq anlamalıyıq. Azərbaycanda problem siyasətin deyil cəmiyyətin problemidir. Saatın əqrəbləri düzgün işləməyəndə saatın günahı yoxdur. Cəmiyyətin düşüncəsi dəyişməlidir. Cəmiyyətin guya ən düzgün işləyəni dindarlardır. Mən hər cümə məscidə gedirəm. Məscidə gedib görürsən ki, maşını gətirib az qala məscidin içərisində saxlayan var. 50 metr gəzməyin dərdindən başqasının yolunu kəsir və haqqına girir. Əgər dindar başqasının haqqına belə rahat girə bilirsə, başqasına nə deyəsən. Elə bil hər şeyi özü ilə o biri dünyaya aparacaq cəmiyyətimiz var. Azərbaycanda heç bir ana-ata evini öz övladına vermir. Öləndən sonra bacı-qardaş başlayır savaşmağa. Məhkəmələrdə bu gün yüzlərlə bacı-qardaş üz-üzə durur. Oğulla ata dövlət malına görə qarşı-qarşıya gəlir. Cəmiyyətin özündə dəyərləri otuzdura bilməsək problemi həll edə bilməyəcik. Başqasına görə maşınını dəyişən, qonşuya görə oxuyan cəmiyyətimiz var. Gedib araşdırsaq görərik ki, əksəriyyəti qonşusuna görə oxuyur. Savadın varsa oxu, yoxdursa, sabah çörək pulu qazanmaq üçün peşə öyrən.

- Azərbaycan təhsilinin bugünkü vəsiyyəti sizcə qənaətbəxşdirmi?

- Bu gün dərsliklərdə də müəyyən problemlər var. Müəllimlərin savadsızlığı da danılmazdır. Amma bunlar əsas bəhanə deyil. Universitetdə avaralanan çoxlu sayda tələbələr var. Oxuyan çox azdır. Oxumaq üçün də mühit də yoxdur. Bizim dövrümüzdə vəziyyət fərqli idi. Bu gün oxusam, universitetə formal olaraq gedərəm. Bu gün mənim əlimdə internet var. Kitabxanalar var. Müasir dövrdə informasiyanı müəllimdən almırsn. Vaxtı ilə müəllim bizə deyirdi ki, Türkmənçay müqaviləsi bu zaman imzalandı, ruslar belə elədi, biz bu informasiyanı başqa yerdən ala bilmirdik, müəllimdən alırdıq. İnformasiyaya çıxışımız məhdud idi. Amma bu gün hər yerdən informasiya ala bilərik. Biz internetdə oyun oynaya və ya hansısa bir elm də öyrənə bilərik. Bunların hamısı bəhanədir. Oxumaq istəyən adam üçün alternativlər, kitablar var.

Bu gün dərslikləri və müəllim savadsızlığını bəhanə etmək düzgün deyil. Rus dili ilə bağlı parlamentdə müzakirələr aparıldı. Bu gün rus dilini bilən təkcə Azərbaycan dilində danışan cibgirdən az vətənpərvər deyil. Hər kəsə bəllidir ki, Azərbaycan dili ilə dünyaya çıxış yoxdur. Rus-ingilis dilini hər kəs bilməlidir. Bunu vətənpərvərlik məsələsinə çevirmək düzgün deyil. Dil öyrənmək lazımdır. Məktəblərdə də bunu tədris etməyin heç bir problemi yoxdur. Məktəblərdə tədrisin keyfiyyətini artırmaq lazımdır. Hansı dildə təhsil almaq artıq bu insanın öz seçimidir. Buna dövlət səviyyəsində qadağan qoymaq düzgün anlayış deyil.

- Bu gün mətbuatda və sosial şəbəkələrdə bir çox məmur övladlarının dəbdəbəli yaşamı və yol verdikləri qanun pozuntuları ilə bağlı məlumatlar gedir. Təbii ki, bu da bəzi jurnalistlərin əlinə fürsət verir. Bəzən hansısa məmuru "vurmaq" üçün onun övladından istifadə edirlər. Bu nə qədər doğrudur?

- Bu gün sosial şəbəkələrdə beyninin məhsulunu, yeməyini, əmlakını paylaşanlar var. Təbii ki, bu da zövqlərlə bağlı bir şeydir. Məmur övladlarının içərisində savadlı, tərbiyəli olanı kifayət qədərdir. Elə şeylər var ki, lovğalanmaq olmaz və bunu onlar başa düşürlər. Bir də görürsən ki, oruc tutan adamın yanında yemək yeyir, siqaret çəkir. Bu insanın mədəniyyəti ilə bağlı bir şeydir. Bəlkə kimsə acdır. Bunu bu formada göstərmək olmaz. Bunun kimi məsələlər tək Azərbaycanda olmur. Sosial şəbəkələr bu gün hamıya əl çatandır. Əvvəllər bir az gizlətmək olurdu, bu gün heç nəyi gizlətmək olmur. Məncə, bu kimi məsələlərə çox da diqqət yetirmək lazım deyil. Yaxşı nümunələri göstərmək lazımdır. Biz dəyərlərimizi yaşatmaq üçün əlimizdən gələni etməliyik ki, cəmiyyətdə insanlarımız bir-birindən nifrət etməsin. Çalışaq ki, insanlarımız bir-birinin uğuruna, sevincinə şərik olsun. Biz cəmiyyətdə dəyərləri yerində otuzdursaq bu qədər məmur özbaşınalığı, hörmətsizlik olmaz.

Söhbətləşdi :
Aysel Yusifqızı, Məftun Salmanov

FOTO: VİDEO : Kənan
"Elələri var ki, adamın ürəyi ağrıyır, 300 manatlıq iş tapa bilmir"-Fazil Mustafa/MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3340   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel