"Aprel müharibəsindən daha ciddi hadisələr baş verə bilər" - Deputat

"Aprel müharibəsindən daha ciddi hadisələr baş verə bilər" - DeputatAzərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi Azərbaycana qarşı təxribatdır.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Ermənistanın əvvəlki və indiki rejimləri avantüra ilə məşğuldurlar:

"Onlar Azərbaycan ordusunun gücünü, xalqın torpağını azad etmək uğrunda əzmini görüblər. İstər 2016-cı ilin aprel müharibəsində, istərsə də bu il Naxçıvan sərhəddində baş verən döyüşlərdə ordumuz öz gücünü göstərdi. Azərbaycan xalqı daim beynəlxalq hüquqa sayğı göstərib. Bu qanunlara riayət etməklə konfliktin sülh yolu ilə həllinə çalışır. Amma qarşı tərəf işğalçıdır və işğalçı siyasətini ört-basdır etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu yaxınlarda Paşinyanın xanımı bir dəstə qadınla Qarabağa səfər edir və guya sülh kampaniyası aparır. Bunlar o qədər riyakardır ki, dəvəquşu kimi başlarını gizlədirlər, amma düşünmürlər ki, quyruqlarını hər kəs görür. İşğal siyasətinə don geyindirmək mümkün deyil. Bu təxribatçı hərəkətdir və beynəlxalq hüquqa zidd addımdır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, danışıqlar vasitəsilə problemin həllinə sadiqdir, amma bu alınmasa, digər variantlarla bir ovuc torpağı da işğalda qoyulmayacaq. Qarşı tərəf nə zaman avantüra edirsə, dərhal cavabını alır. Bir vaxt helikopterlə sərhədi pozdular və cavablarını aldılar".

Məlahət İbrahimqızı əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi erməni tərəfinin son təxribatı ilə bağlı bəyanat yayıb:

"Hesab edirəm ki, indi konfliktin həllinə dair görəvləndirilən ATƏT-in Minsk qrupunun həmsədrləri də fakta münasibət bildirməlidir. Heç bir tədbir görmürlər. ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq qurumlar bu məsələdə mövqe ifadə etməlidir. Onlar anlamalıdır ki, bölgədə müharibə başlaya bilər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın Ali baş Komandanı bəyan edib ki, Azərbaycan xalqının və elitasının səbri tükənə bilər. O zaman aprel müharibəsindən daha ciddi hadisələr baş verəcək, Azərbaycan bayrağı Kəlbəcərdə dalğalanacaq. Mən ermənilərin son hərəkətini provokasiya, təxribat adlandırıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1477   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021