"O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"

"O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"Cənubi Azərbaycandan olan və "Səni deyirlər" mahnısı ilə şöhrət qazanan müğənni İbrahim Əlizadə Bakıya gəlib. Onun Bakıya gəlişində məqsəd "The First" beynəlxalq mükafatının təqdimetmə mərasimində iştirak etməkdir.

Ölkəmizdə olan müğənni Sputnik Azərbaycan-a müsahibə verib.

- İbrahim, "Səni deyirlər" mahnısı bir neçə il əvvəl yazılıb, bəs niyə, məhz indi bu qədər populyarlaşıb?

- Düzünü desəm, bu, mənim özümə də maraqlıdır. Heç vaxt düşünməzdim ki, o qədər vaxt keçəndən sonra bu mahnı nəinki İranda, hətta onun sərhədlərindən kənarda belə, populyar olacaq. Heç belə bir arzum da olmayıb. Bu kompozisiya başqa sözlərlə 30-40 ildir ifa edilir. Onun əsas ifaçıları Məhəmmədəli Məhbubi, Sulduz Qarapapaq və başqaları olub. Onların hər biri həm müğənni, həm də şair olublar. Ona görə də, hərəsi bu kompozisiyanı öz sözləri ilə oxuyublar. Məhz "Səni deyirlər"in sözlərinin müəllifi mən özüməm. Artıq dörd ildir ki, bu mahnını İran toylarında oxuyuram.

- Bəs siz, ümumiyyətlə, neçə ildir mahnı oxuyursunuz?

- Haradasa, 12 ildir. Lakin bu mahnıya qədər İrandan kənarda məni heç kəs tanımayıb. Mən, əsasən, İran toylarında çıxış etmişəm və indi də edirəm.

- Artıq sirr deyil ki, sizin bu mahnınız, iranlı gənc qız onun sədaları altında küçədə rəqs edəndən sonra populyarlaşıb. Heç maraqlanmısınızmı ki, bu çarxdan sonra o qızın taleyi necə olub?

- Mən o qıza minnətdaram ki, o, mənim mahnımın sədaları altında rəqs edib və bu kompozisiyanın məşhurlaşmasına köməklik göstərib. Mənim vətənimdə - İranda rəqs etmək qadağan deyil. Lakin qapalı yerlərdə və qadınlar arasında rəqs etməyə icazə var. Bizdə rəqs etmək küçədə, bazarda və digər ictimai yerlərdə qadağandır. Düzünü desəm, mən heç maraqlanmamışam ki, bu qızın axırı necə olub.

- "Səni deyirlər" mahnısını hazırlayanda sizin hansısa başqa məqsədiniz olub, yoxsa, sadəcə, bununla insanları əyləndirmək istəmisiniz?

- Mən bu mahnı ilə İranın gözəl şəhərlərindən biri olan Urmiyanı tərənnüm eləmişəm. Bu şəhər Urmiya gölünün Qərb sahilində yerləşir. O, öz təbiəti, gözəlliyi, gözəl qızları və bazarları ilə məşhurdur. Mənim məqsədim toylarda insanları əyləndirmək olub.

- İranda bu mahnı ilə bağlı hansısa təqyiqlərə məruz qalmısınız?

- Yox. Əksinə, bizdə müğənnilərə hər cür şərait yaradılır. Şadam ki, istər "Səni deyirlər"i, istərsə də digər mahnılarımı maneəsiz olaraq oxuya bilirəm.

- Biznes nöqteyi-nəzərindən İranda Azərbaycan dilində olan mahnı gəlir gətirirmi?

- Cənubi Azərbaycanda Azərbaycan dilində oxuyan çoxsaylı müğənnilər var. Orada bizi hər kəs dəstəkləyir və bizə toylarda oxumağa şərait yaradırlar. Bizdə Azərbaycan mahnılarını çox sevirlər. Mən təkcə Azərbaycanın xalq mahnılarını deyil, eləcə də sizin müğənnilərin çoxunun repertuarından olan mahnıları da oxuyuram. Toylardan gələn gəlirlərimdən razıyam. Ən əsası odur ki, o pulları halal zəhmətlə qazanıram.

- Azərbaycan dilində mahnı oxuyan müğənnilər İranda konsert verən zaman hansısa problemlərlə qarşılaşırlarmı? Onlar konsertlərində zalı doldura bilirlərmi?

- Düzünü deyim ki, mən heç vaxt konsertdə çıxış etməmişəm. Hələ ilk addımlarımı atıram, ona görə də mənə bu barədə düşünmək tezdir. Ola bilsin, gələcəkdə arzularımı reallaşdıra biləcəyəm və öz tamaşaçılarımı toplayacağam. Lakin mənim həmkarlarım tez-tez konsertlər verirlər. Bizdə müğənnilərə qarşı heç bir təzyiq yoxdur, əksinə onlar üçün hər cür şərait yaradılır. Konsertlərin təşkilatçıları istəyirlər ki, bizim xalq şənlənsin, əylənsin. Çox ümid edirəm ki, böyük həmkarlarım öz tamaşaçılarımı bir yerə toplamaq istədiyimdə mənə dəstək verəcəklər.

- Azərbaycanda konsert verməyi planlaşdırırsınız?

- Planlar var. Mən Azərbaycanda konsert verməyi çox istərdim. Hələ ki, bu barədə yalnız düşünürəm. Mənim əsas məqsədim öz vətənimdə, xüsusilə də Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə konsertlər verməkdir. Yalnız bundan sonra ümid edirəm ki, Azərbaycana gəlib çıxacağam.

- Bu mahnı məşhurlaşandan sonra sizi başqa ölkələrə dəvət edən olub?

- Əlbəttə, dəvətlər çoxdur. Amma bunu mən özüm təkbaşına həll etmirəm. Bu, təkcə məndən asılı deyil.

- Azərbaycanda xeyli müğənni sizin bu məşhur mahnınızı oxumağa başlayıb. Buna münasibətiniz necədir?

- Bu mahnını uzun illər əvvəl çox sayda iranlı müğənni oxuyub və ona görə də, deyə bilmərəm ki, bu, mənim şəxsi mülkiyyətimdir. Əksinə, çox sevinirəm ki, azərbaycanlılar və digər xarici ölkələrin müğənniləri mənim kompozisiyamı bəyənib oxuyurlar. İstəyirəm ki, xalqımız həmişə sevinsin.

- Sizi Azərbaycanda toylara dəvət edənlər olub?

- Təkliflər, dəvətlər çoxdur, amma mənim, sadəcə, vaxtım yoxdur. İranda bizim çoxlu toylarımız var. Ona görə də, bura gəlmək üçün gərək mən o toylardan imtina edəm. Mənsə belə etmək istəmirəm. Ayın 30 gününü məclislərdə oxuyuram. Vətənimdə çıxış etmək mənim üçün pul qazanmaqdan daha önəmlidir. Gələcəkdə tez-tez Azərbaycan toylarında da çıxış etmək niyyətim var.

- Hazırda nə üzərində işləyirsiz?

- Layihələrim çoxdur. Mənim çox sayda öz mahnılarım var. Onları yazdırmaq istəyirəm. Düşünürəm ki, əgər yazdırsam, onlar da "Səni deyirlər" qədər populyar olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 6687   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021