İrəvanın sərsəm arzusu və avstraliyalı ermənilərin Qarabağa... - Deputat AÇIQLADI

İrəvanın sərsəm arzusu və avstraliyalı ermənilərin Qarabağa... - Deputat AÇIQLADI"Ermənilər ancaq işğal etdikləri torpağı özününküləşdirməklə məşğuldur. Onların tarix boyu "Böyük Ermənistan" dövləti yaratmaq kimi sərsəm bir arzusu olub".

Bu sözləri publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "Sidney" adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bununla Ermənistan həm Azərbaycan, həm də beynəlxalq qanunları pozur:

"Ermənilər tarixən bizim torpaqlarımızda məskunlaşdılar, dövlət yaratdılar və dövlətin ərazisini genişləndirmək məqsədilə də bu işğalı törədiblər. Bu gün də Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu Azərbaycana qaytarmaq istəmirlər. Əvvəl Ermənistandan Kəlbəcərə Laçına yol çəkilmişdi. İndi də avstraliyalı ermənilərin pulu hesabına Araz boyu istiqamətdən yol çəkir, tikinti işləri aparırlar, müəssisələr açırlar. Özləri kimi Azərbaycan, eləcə də beynəlxalq qanunları pozan təşkilatlar tapırlar və işbirliyi yaradırlar, ərazimizi, təbii sərvətlərimizi talayırlar. İllərdir onlar dünyanın müxtəlif əraziləri, müharibə zonalarından, Suriyadan insanları Azərbaycan torpaqlarına köçürürlər. İllərdir davam edən bu prosesin qarşısı alınmır. Ərazi işğalçı Ermənistanın nəzarətində olduğundan biz bu hallara mane ola bilmirik. Lakin bu barədə beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna məlumat verib, etirazımızı bildiririk. Onlar da sanki işğalçılarla həmfikir, həmrəydirlər, çünki bu vaxta qədər prosesin qarşısını almaq üçün heç bir tədbir görməyiblər".

Millət vəkili onu da vurğulayıb ki, Ermənistan tərəfindən atılan bu addımlar hazırkı rəhbərliyin özündən əvvəlkilərdən də aqressiv, işğalçılıq siyasətini davam etdirmək fikrində olduğunu göstərir:

"Sülh, danışıq yolu ilə Azərbaycan torpaqlarında işğalçılıq siyasətlərinə son qoymaq istəmirlər. Onların bütün hərəkətləri, danışıqları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətlərindən xəbər verir. Nə beynəlxalq qurumlar, nə də Minsk qrupu üzvləri onlara qarşı sanksiya tətbiq edir. Düzdür, zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və ona hörmətlə yanaşdıqlarını bəyan edirlər. Ərazi bütövlüyünü tanıyırlarsa, nə üçün işğalçı cəzalandırılmır, 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinə niyə son verilmir? Əskinə Ermənistana kömək göstərilir. Bütün bu hallar isə Azərbaycanı son nəticədə hərbi gücünü tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməyə vadar edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1220   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel