Bakı üçün böyük təhlükə, bu ərazilər çökəcək, yüzlərlə insan... - Alimlərdən QORXUNC XƏBƏRDARLIQ

Bakı üçün böyük təhlükə, bu ərazilər çökəcək, yüzlərlə insan... - Alimlərdən QORXUNC XƏBƏRDARLIQBakıda son günlər bir-birinin ardınca sürüşmə sahələrində aktivlik, bəzi yollarda çökmə prosesi müşahidə edilir. Oktyabrın 12-dən Badamdar qəsəbəsində 20-ci sahəyə gedən yolun kənarındakı yamacda baş verən sürüşmə zonasında hər gün aktivlik qeydə alınır. Bir neçə gün öncə Buxta küçəsində bir ev çökdü, təxminən həmin saatlarda Bibiheybət qəbristanlığında istinad divarında uçqun baş verdi. Paytaxtın digər aktiv sürüşmə zonalarında da vəziyyət gərgindir.

Paytaxtda sürüşmə sahələri əsasən yaz və payız aylarında yağıntılarla əlaqədar olaraq çox aktivləşir. Bu il yaz aylarında təkcə Buxta küçəsində sürüşmə səbəbindən 22 ailə ərazidən köçürüldü. Ərazidə təhlükə davam etsə də, insanlar həmin yerlərdə yaşayırlar. Oxşar hallar Zığ massivində də illərdir müşahidə edilir. Evlər tikilərkən yamacların kəsilməsi, kanalizasiya sisteminin qurulmaması və bərkidilmə işlərinin kifayət qədər olmaması həmin ərazilərdə sürüşmə sahələrini aktivləşdirir.

Landşaftşünas Şəbnəm Karslı Bakıdakı sürüşmə sahələrinin təhlükəli həddə çatdığını bildirib. Onun sözlərinə görə, artıq torpaq sürüşə-sürüşə altı yeyilib:

"Azərbaycanda, konkret olaraq, Bakıda, Abşeron yarmadasında əhalinin yaşadığı yerin altı ovulur. Bir gün görəcəyik ki, 200-500 insanın yaşadığı bir ərazi çöküb. Bunun effekti yerin üstündə yaşayan insan üçün 9-10 bal gücündə zəlzələ qüvvətindədir. Problemin mahiyyəti insanlara çox kiçik gələ bilər, torpaqdır sürüşür, divardır aşır, istinad divarı edərik, drenaj şəbəkəsi qurarıq, ağac əkərik, torpağı gücləndirərik. Bu addımlar kifayət deyil. Torpağın üstündə yaşayanlar nəyin üstündə yaşadıqlarının fərqində deyillər".

Ş.Karslı ərazidə monitorinq apara bilmədiyindən Bakıdakı sürüşmə sahələrindəki bu vəziyyətin nə zaman dəhşətli çökmə ilə nəticələnəcəyi barədə konkret fikir deyə bilməyəcəyini vurğulayıb.

Bu məqsədlə biz də suallarımıza sürüşmə sahələrində mütəmadi monitorinq aparan mütəxəssislərdən cavab almağa çalışdıq.

Həqiqətən Bakı çökə bilərmi?

AMEA Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazər Publika.az-a bildirib ki, son vaxtlar sürüşmələrin aktivləşməsinin 80 faiz səbəbi insanların fəaliyyəti ilə bağlıdır.

"Ədəbiyyatda qeyd olunan məlumatlara görə, Bakıda ilk sürüşmə 1847-ci ildə Bayıl yamacında qeydə alınıb. Sürüşmənin baş verməsi üçün Bakıda bütün amillər var. Paytaxtda torpağın litoloji tərkibi gilli və əhəng daşllı süxurlardır. Bundan başqa, qrunt sularının səviyyəsi, yamacların meyilliliyi, seysmoloji aktivlik və havaların rütubətli keçməsi sürüşməyə təkan verir. Bakıda yeni-yeni binalar tikilir, onların çox zaman qanunsuz olduğu deyilir. Bu barədə heç nə deyə bilmərəm. Lakin müşahidələr göstərir ki, həmin binaların əksəriyyətində kanalizasiya sistemi çəkilmir, ya da sovet dövründən qalan xətlərə birləşdirilir. Bu zaman da xətlər təlabatı tam ödəyə bilmir və su yerin altına sızır. Bununla da qurunt sularının səviyyəsi qalxır. Yol çəkilərkən yamacları kəsirlər, lakin bərkitmirlər. Nəticədə bu cür vəziyyət yaranır. Dünən Badamdarda olmuşam ərazidə sürüşmə aktiv fazadadır, Bayılda qəbiristanlıq yaxınlığındakı prosesin sürüşmə olduğu tam aydındır. Binalar tikildikcə yamaclara təsir artır. Sakinlərdən soruşanda evlərini ötən əsrin 80-90-cı illərində tikdiklərini deyirlər. Yamacların kəsilib bərkidilməməsinin nəticəsi indi üzə çıxır".

S.Tarixazər bildirir ki, evləri tikəndə yamacları bərkitsəydilər, drenaj sistemi qurulsaydı, ağaclar əkilsəydi, sürüşmə hallarının qarşısını almaq olardı. Lakin bu işlər əvvəldən görülməyib.

"İndi Badamdarda qrunt sularının səviyyəsini azaltmaq üçün quyular qazılır, lakin hesab edirəm ki, bu effektli üsul deyil. Bunun xeyri olacaq, ancaq proses davam edir. Belə olan halda mütləq insanlar ərazidən köçürülməlidir. Geoloq Budaq Budaqov hər zaman deyirdi ki, sürüşmə olan yamaclarda ev tikmək olar, lakin əvvəldən bərkitmə işləri aparılmalıdır. Bizdə isə əvvəl tikirik, sonra da nəticəni görürük. Abşerona aid təhlükəli sürüşmə zonalarının xəritəsini də hazırlamışıq. Bakının Baş Planına əsasən 2030-cu ilə qədər Bakı Ələtə qədər böyüyəcək. Əvvəldən tədbir görülməsə bu böyümə zamanı aparılan tikinti işləri ərazidə sürüşmə sahələrini aktivləşdirəcək", - deyə alim bildirir.

O, hazırda paytaxtın ən aktiv sürüşmə zonaları və onları gözləyən təhlükəni də açıqlayıb:

"Hazırda Bayıl, Badamdar, Zığ yamacı, Yeni Günəşli, Əhmədli, Masazırda "Qır gölü"nün ətrafı ən təhlükəli zonalar hesab edilir. Sadaladığımız ərazilərdəki digər tikililər də təhlükə altındadır. Məsələn, Badamdarda sürüşmə baş verən ərazidə yolun digər tərəfindəki tikililərdə çatlar yaranıb. Ərtafdakı kafe, restoranlar da həmin zonada yerləşdiyindən onlar üçün də təhlükə var. Demək olmaz ki, konkret həmin tikililərdə nə zaman çökmə müşahidə edilə bilər, lakin proses başlayıb və davam edir. Lakin bu çökmə proseslərini bütövlüklə Bakıya aid etmək olmaz. Sadaladığımız ərazilər üçün təhlükə var. Ona görə də həmin ərazilərdə yaşayan insanların köçürülməsinə ehtiyac var. Binalarda çatlar yaranıb və artıq insanları ərazidən çıxartmaq lazımdır, çünki artıq təhlükəli zonadır. Gec-tez həmin ərazilərdəki tikililər hamısı sürüşəcək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a açıqlamasında sürüşmə sahələrində mütəmadi aparılan monitorinqlərinin nəticəsinə əsasən sürüşmələrin insan amili ilə əlaqələndirir:

"Dünyada sürüşmə sahələrinin 80 faizi insan faktoru, antropogen amillərlə bağlıdır. Yəni əhalinin sayı artıqda, yaşayış massivləri və dolayısı ilə təbiətə müdaxilə artır. Azərbaycanda da sürüşmə sahələrinin aktivləşməsinin əsas səbəbi də insan amilinin təsiri ilə bağlıdır. Düzdür, yeni tikililər salınarkən beton konstruksiyalar qurulur, lakin laylar kəsildiyindən qrunt sularının istiqaməti də dəyişir.

Məsələn, Badamdarda baş verən sürüşmə hadisəsi insan amili ilə bağlıdır. Yamacın yuxarı hissəsindəki evlərin əskəriyyətinin kanalizasiya sistemi yoxdur, bütün sular birbaşa əraziyə axıdılır, aşağı və yuxarı hissə arasında hündürlük fərqi 70 metrdən çoxdur, yamacda maililik olduğundan sürüşmə baş verir".

Ə.Qaralov deyir ki, sürüşmə sahəsində ev tikilə bilər, ancaq torpağın quruluşu nəzərə alınmalıdır:

"Tikinti aparılmamışdan həmin ərazidə kommunikasiya şəbəkəsi qurulsa daha yaxşı olar. Ərazinin sürüşmə sahəsi olub-olmadığı müəyyən edilməlidir ki, layihə işləri ona uyğun aparılsın. Çünki sürüşmə sahəsində ev tikmək olar, lakin bu, sürüşmə ərazisinə uyğun olmalıdır. Hazırda sürüşmə müşahidə olunan ərazilərdə mütləq kanalizasiya sistemi qurulmalıdır. Bir neçə ay sonra ərazidə hər şey stabilləşə bilər. Lakin bir neçə il sonra yenidən aktivlik müşahidə ediləcək. Məsələn, Badamdar ərazisində sonuncu dəfə sürüşmə 2012-ci ildə baş vermişdi. Sistem olmazsa, həmin ərazilərdə enerji toplanacaq və təkrar sürüşmə baş verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7102   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel