Azərbaycanda kim daha çox yaşayır: qadınlar, yoxsa kişilər? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda kim daha çox yaşayır: qadınlar, yoxsa kişilər? - RƏSMİ AÇIQLAMA"Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır".

Sonxeber.az "ölkə.az"a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, bu çağırışlardan da ən əsası məşğulluq məsələsidir: "Hər il əmək bazarında 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir".
S.Babayev qeyd edib ki, bioloji normaya görə yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb: "Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricinin bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik".

"Azərbaycanda əhalinin tərkibinə baxdıqda hər 1000 kişiyə 1004 qadın düşür. Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Lakin gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək. Azərbaycanda ömür uzunluğu artır. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır"- deyə nazir əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1326   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021