Prezidentdən şəxsiyyət vəsiqələri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəxsiyyət vəsiqələri ilə bağlı SƏRƏNCAMPrezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1285-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1285-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2018-ci il.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6788   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar. xəbər verir ki, sənədi 206 nəfər imzalayıb. Məktubda deyilir:. "Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,. Biz - Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərini

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Məhkəmədən maraqlı QƏRAR: İçkili vəziyyətdə keçmiş sevgilisinin yanına gedə bilməz

Türkiyədə İstanbulda ailə məhkəməsindən maraqlı qərar gəlib. türk mediasına istinadən xəbər verir ki, münasibətlərində problem olan iki sevgili birlikdə spirtli içki qəbul edərkən mübahisə edib. Getmək istəyən qadına hədə-qorxu ediləndə o qızına zəng edib və polislər tərəfindən xilas edilib. Məhkəmədə

17 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir. İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdu

18 aprel