Xaricə pul köçürüləndə nə qədər vergi tutulur? - ARAŞDIRMA

Xaricə pul köçürüləndə nə qədər vergi tutulur? - ARAŞDIRMAƏvvəllər istədiyi məhsulu elektron ticarətlə əldə etməyə daha çox səy göstərən vətəndaş indi qiymətdə udmaq üçün daha çox xaricdə tanış tapır. Beləliklə, hesabdan-hesaba pul köçürmə yolu ilə alış-veriş edənlər artıb.

Sonxeber.az Oxu.az-a istinadla xəbər verir ki, hesabdan-hesaba pul köçürmələri zamanı həmin vəsaitdən vergi tutulur.

Hansı halda nə qədər vergi tutulur və bu vergi rüsumları 18%-lik ƏDV ilə müqayisədə nə qədər sərfəlidir, bunu araşdırdıq.

Maksimum nə qədər pul köçürmək olar?

Qeyd edək ki, pul köçürməsinin iki yolu var: təcili pulköçürmə sistemləri və hesabdan-hesaba köçürmə.

Hesabdan-hesaba pul köçürülməsi isə, əsasən, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemi ilə baş tutur. Bank bu əməliyyatı öz müxbir banklarının vasitəsilə həyata keçirir.

Pul köçürmələri üzrə limitlər isə "Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında" qaydalarla tənzimlənir.

Əgər pul köçürdüyünüz şəxs qohum - ata, ana, həyat yoldaşı, baba, nənə, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər deyilsə, gün ərzində təyin olunan limit 1000 USD və ya bu vəsaitin ekvivalentidir.

Yox, əgər qohumluğunuzu təsdiq edən sənədlər varsa, misal üçün, nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s. banka təqdim edərək, 1000 USD-dan çox pul göndərə bilərsiniz.

İstənilən halda, pul köçürməsi üçün bir aylıq limit 10 min dolları ötməməlidir.

Nə vaxt vergi tutulur, nə vaxt yox?

"Vergi Məcəlləsi"ndə son dəyişikliklərə görə, kartla xarici mərc oyunu, elektron pul kisəsi və onlayn xidmət saytlarında əməliyyatlarına görə vergi tutulur.

Xarici saytlarda plastik kartlarla aparılan aşağıdakı elektron əməliyyatlar üzrə tətbiq olunan vergilərin tutulmasının açıqlamasını nəzərinizə çatdırırıq:

1) Xarici saytlardan karta uduş məbləği daxil olduqda, daxil olmuş uduş məbləğinə 10% vergi hesablanır və kart hesabına əməliyyat məbləği - 10% məbləğdə pul köçürülür.

2) Xarici saytda elektron pul kisəsinin doldurulması zamanı əməliyyat anında 10% vergi hesablanır və kartın balansından əməliyyat məbləği + 10% məbləğ blok edilib silinir.

3) Xarici saytda iş və xidmətlərin alınması zamanı əməliyyat anında 18% vergi hesablanır və kartın balansından əməliyyat məbləği + 18% məbləğ blok edilib silinir.

4) Xarici oyun saytlarındə edilən pul qoyuluşlarına əməliyyat anında 18% vergi hesablanır və kartın balansından əməliyyat məbləği + 18% məbləğ blok edilib silinir.

5) İstisna: Aviabilet, hotel və hər hansı mal alışı ilə bağlı əməliyyatlara vergi tutulmur.

6) Xarici saytdan mal alışı zamanı məbləğ kartdan birbaşa ödənilirsə, vergi tutulmayacaq (ödəniş PayPal, Alipay və s. ödəniş sistemlərindən birbaşa keçdikdə).

Müştəri kartındakı balans aparacağı əməliyyatın həcminə və vergi tutulmasına imkan verməlidir, əks halda, ödəniş baş tutmayacaq.

Qeyd edək ki, əgər əməliyyat ləğv edilərsə (reversal edilərsə), əməliyyata görə tutulmuş vergi də hesaba geri qaytarılır.

Məqsəd nədir?

"Bank Respublika"ın departament direktoru Tural Səlimov bildirib ki, xaricdə yerləşən elektron pul kisəsinə ödəniş kartı, yaxud pul köçürməsi yolu ilə ödəniş edilərkən 10 faiz vergini məhz bank tutur. Verginin tutulma həcmini banklar əməliyyatın koduna əsasən müəyyən edir.

T.Səlimov bildirib ki, işlərin və xidmətlərin alıcısı, ölkə sərhədindən kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçota durmayan şəxs olduqda, ödənişi aparan bank vəsaitdən 18% ƏDV tutaraq büdcəyə ödəyir:

"Burada məqsəd ölkədən valyuta axınının məhdudlaşdırılması, xaricdən əldə edilən xidmətlərlə müqayisədə yerli xidmətlərə üstünlük verilməsi, onların inkişafı üçün stimul yaradılmasıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3466   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel